Yuxarı

Kefli İsgəndərin qəbri tapıldı - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kefli İsgəndərin qəbri tapıldı - Video

Cəlil Məmmədquluzadənin məşhur "Ölülər" əsərinin əsas qəhramanı olan Kefli İsgəndər Ağcabədi rayonunundandır.

Xəzər TV xəbər verir ki, onun qəbri də rayonun Hüsülü kənd qəbiristanlığındadır.

İstər filmdə, istər tamaşlarda maraqla izlənir, olduğu kimi qəbul olunur Cəlil Məmmədquluzadənin məşhur "Ölülər" əsərinin əsas qəhramanı olan Kefli İsgəndər.

Araşdırmalar nəticəsində məlum olub ki, İsgəndər Ağcabədi rayonunun Kəhrizli kəndində doğulub. Sonralar Hüsülü kəndinə köçərək orada yaşayıb. İsgəndər əslində "Ölülər" əsərində kefli kimi qələmə alınıb. Real həyata isə İsgəndər dövrünün Avropada təhsil alan nadir şəxslərindən olub.

İsgəndərin Cəlil Məmmədquluzadə ilə qohumluq əlaqəsi də olub. Onun həyat yoldaşı Həmidə xanım İsgəndərin həyat yoldaşı Bahar xanımla qohum olublar. Bu səbəbdən də Mirzə Cəlil tez-tez Hüsülü kəndinə gedib.

Hazırda İsgəndərin məzarı Ağcabədi rayonunun Hüsülü kənd qəbiristanlığındadır. Məzarın baxımsızlıq səbəbindən məhv olmaq təhlükəsi var.

Deyilənə görə, onun ailəsi sonralar xarici ölkələrdən birinə köçüb. Hazırda da Kefli İsgəndərin övladının xaricdə yaşadığı ehtimal olunur. Azərbaycanda isə həmin nəsildən kimsənin olmadığı deyilir.

Tarix
2015.04.02 / 00:48
Müəllif
Axar.az
Digər xəbərlər

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla