Yuxarı

“Rəsmi Moskva başa düşməlidir ki...”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Rəsmi Moskva başa düşməlidir ki...”

"Rusiya başa düşməlidir ki, artıq o, superdövlət deyil".

Bu barədə Axar.az-a açıqlamasında Rusiyanın İrana qarşı silah qadağasını ləğv etməsinin ardından İsrailin Ukrayna və Gürcüstana silah satmasını şərh edən politoloq Vəfa Quluzadə bildirib. Sabiq dövlət müşavirinin sözlərinə görə, Rusiya artıq təzyiqdən qorxmayan ölkə deyil:

"Rusiya həqiqətdə indi hər bir təzyiqdən və başqa dövlətlərin mövqelərindən asılı olan ölkədir. Baxın, Qərblə əlaqələr korlandıqdan və sanksiyalar ortalığa çıxdıqdan sonra Rusiyada iqtisadi vəziyyət, inkişaf olduqca pisləşdi. İndi Rusiya zenit-raket komplekslərini İrana satanda anlamalıdır ki, İsrail, ABŞ və onun NATO-dakı bütün müttəfiqləri bundan narahat olacaq. Həmin ölkələr bunun əvəzində Rusiyaya müxtəlif cəzalar verə bilər. İsrail Rusiyanın harada zəif nöqtəsi varsa, onu vura bilər, özü də qorxmadan. İsrail ABŞ-ın ən önəmli müttəfiqidir və Rusiyadan heç bir qorxusu yoxdur. Ancaq Rusiyanın ABŞ, Almaniya və başqa dövlətlərdən asılılığı var. Ona görə də bu məsələdə hesab edirəm ki, Kreml vaxtilə doğru addım ataraq özünü Qərbin zərbələrinə məruz qoymadı. Baxmayaraq ki, Moskvanın hüquqi baxımdan istər Tehrana, istərsə də husilərə silah satmağa tam haqqı çatırdı. Ancaq bütün bunlara rəğmən, Rusiya indi İrana silah satmağa qərar verib. Ona görə də Moskva gərək bunun nəticələrini və aqibətini öncədən bilsin və hesablasın".

Tarix
2015.04.16 / 09:29
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Ermənistanın “ən məxfi qadını” Bakıya gəldi - O kimdir?

Prezident Martin Rayanı əfv etdi

Prezident Estoniya səfirini qəbul etdi

İham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik etdi

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - Foto

Paşinyan TRİPP-dən danışdı: Azərbaycanla bağlı detal

Bayramov Trampın təşkil etdiyi qəbulda iştirak etdi

Kolumbiyaya getmək istəyən azərbaycanlılara xoş xəbər

Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir

Bayramov Arakçı ilə görüşdü: Nələr müzakirə edildi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla