Yuxarı

Xanımı bunu Bakıda gördü, Zelenski tvit atdı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xanımı bunu Bakıda gördü, Zelenski tvit atdı

Ukrayna Prezidenti Vladimir Zelenski özünün Tvitter səhifəsində Azərbaycan Milli Xalça Muzeyində Ukrayna dilində audiobələdçinin yaradılması ilə bağlı paylaşım edib.

Xalça Muzeyindən Kult.az-a bildirilib ki, belə bir audiobələdçinin yaradılması ilə əlaqədar qarşılıqlı razılıq 2019-cu ilin dekabr ayında, Ukrayna Prezidentinin və ölkənin birinci xanımının Azərbaycana səfəri çərçivəsində Yelena Zelenskayanın Azərbaycan Milli Xalça Muzeyini ziyarəti zamanı əldə edilib. Yelena Zelenskayanın Ukrayna dilinin dünyada geniş yayılması, o cümlədən dünyanın ən iri muzeylərində Ukrayna dilində audiobələdçilərin tətbiq edilməsi layihəsi çərçivəsində Azərbaycan Milli Xalça Muzeyində yaradılan audiobələdçi Ukraynanın Müstəqillik Günündə təqdim olunub.

Sevindirici haldır ki, Xalça Muzeyini Azərbaycan, rus, ingilis və fransız dilləri ilə yanaşı, Ukrayna dilində audiobələdçi ilə kəşf etmək olar. Azərbaycan Milli Xalça Muzeyi həm yerli əhalinin, həm də turistlərin ətraflı məlumat almaq imkanlarını genişləndirmək üçün səylərini davam etdirir.

Tarix
2020.09.23 / 12:41
Müəllif
Kult.az
Digər xəbərlər

Azərbaycan BMT-də mina təhlükəsi məsələsini qaldırdı

Qalibafdan sirli paylaşım: Çıx get! - Foto

TBMM-də çıxış: Əliyevi hədəf alanlar... – Video

Ərdoğanın İlham Əliyevi şəxsən dəvət etməsi... - Deputat

Vaqif Sadıqov etimadnaməsini Gi Parmelinə təqdim etdi

Azərbaycan və Norveç siyasi məsləhətləşmələr apardı

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

Paşinyan fikrini dəyişdi - Sülh sazişi ilə bağlı tarix...

Paşinyan onu Azərbaycana qaytaracaqlarını açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla