Yuxarı

2015-ci ildə 4 filmin çəkilişləri tamamlanacaq – Rəsmi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
2015-ci ildə 4 filmin çəkilişləri tamamlanacaq – Rəsmi

Bu il Azərbaycanda bir neçə tammetrajlı filmin çəkilişi tamamlanacaq.

Mədəniyyət və Turizm Nazirliyindən Axar.az-a verilən məlumata görə, bundan əlavə, 2015-ci ildə daha bir neçə filmin çəkilişinə start veriləcək.

"2015-ci ildə çəkilişləri davam edən və bu il ekranlara çıxacaq filmlər bunlardır:

1)"Əsgərin şücaəti"nin ssenari müəllifi Yavər Rzayev, Konstantin Vorobyov, quruluşcu rejissoru Elxan Cəfərovdur. Filmdə Qarabağ müharibəsi ilə İkinci Dünya Müharibəsində baş verən hadisələr sintez edilib.

2)"Qırmızı bağ" - Azərbaycan və Rusiyanın birgə çəkdiyi filmdir. Rejissoru və ssenari müəllifi Mirbala Səlimlidir. Bu filmin çəkilişləri də bu il başa çatacaq.

3)Hazırda istehsalına başlanan isə "Dünyanı sənlə anlamaq" filmidir. Ssenari müəllifi İmir Məmmədli, quruluşçu rejissor Mirsadıq Ağazadədir. Lirik komediya janrında olacaq. Azərbaycanlı gənclə gürcü qızının çox qəribə şəkildə cərəyan edən sevgi münasibətlərindən bəhs edir.

4)Yavər Rzayev Çingiz Abdullayevlə birgə yazdığı ssenari əsasında "Xeyirlə şərin rəqsi" adlı detektiv filmin çəkilişinə başlayıb. Çingiz Abdullayevin məşhur Dronqo romanlarından biri – "Quba kapriççosu" əsasında çəkiləcək.

Qeyd edək ki, nazirliyin xətti ilə hasil olacaq filmlərin çəkilişləri hələ də davam edir.

Tarix
2015.04.23 / 02:00
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Laosla siyasi əlaqələr yüksək səviyyədə olsa da... - Deputat

İmaməli Rəhman Azərbaycana yola düşdü

Ərdoğan Bakıdakı tədbirə onu göndərir

Fransa XİN başçısının Azərbaycanı hədəf alması...

Vyetnamın vitse-prezidenti Azərbaycana gəldi

İranın "Səhər" kanalının dezinformasiyası ifşa edildi

Milli-mənəvi dəyərlər və tolerantlıq Azərbaycanın gücüdür

Lavrov sabah Bakıya səfər edəcək

Paşinyandan anklavlarla bağlı qəbuledilməz təklif

Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla