Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
16 Yanvar 2019


“Mən o sənətkarlardan deyiləm ki, 3-5 manata görə...”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni il bayramına bir həftədən də az vaxt qalıb. Bu zamana qədər hər kəs bayramı harada və kimlərlə keçirəcəyini qərarlaşdırır.

Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd etdiyimiz 31 dekabr təqvimi, həm də məhərrəmlik ayı və Məhəmməd Peyğəmbərin vəfat gününə təsadüf edir.

"Axar.az"ın əməkdaşı mövzu ilə bağlı bir sıra tanınmış incəsənət adamı ilə söhbətləşib.

Aybəniz Haşımova: "Bayramı ən yaxşı ailə ilə qeyd etmək olar"

Xalq artisti Aybəniz Haşımova deyir ki, yeni ildə heç yerə getməyi düşünmür:

"Yeni ili adətən ailəmin yanında keçirdirəm. Bayram günlərində harasa getməyi sevmirəm. Düşünürəm ki, bayramı ən yaxşı ailənin yanında qeyd etmək olar. Həm də bu il bayramla məhərrəmlik üst-üstə düşür. Ona görə təmtəraqlı bayram keçirmək fikrim yoxdur. Yeni il ilə əlaqədar olaraq bir sıra bayram şənliklərinə də dəvət edirlər. Fürsətdən istifadə edib həmin insanlarla, təşkilatçılara və dəvət edənlərə öz təşəkkürümü bildirirəm. Ancaq heç bir şənlikdə iştirak etməyi düşünmürəm".

Brilyant Dadaşova: "Buta Palas"da olacam"

Xalq artisti Brilyant Dadaşova isə kimsəsiz uşaqlar üçün təşkil ediləcək şənlikdə iştirak edəcəyini deyir:

"Yeni il günü heç yerə getmək fikrim yoxdur. Bir şənlikdə iştirak edəcəm. O da "Buta Palas"da keçirilir. Ölkənin birinci ledisi Mehriban xanım Əliyeva kimsəsiz uşaqlar üçün 3 günlük möhtəşəm bayram şənliyi təşkil edir. Həmin tədbirdə iştirak edəcəm. Ancaq yeni il dəqiqələrində öz evimizə olacağam. Ənənəvi olaraq bayram dəqiqələrini evdə keçirdirəm".

Flora Kərimova: Yeni ildə telefonla danışacağam"

Xalq artisti Flora Kərimova da həmkarları kimi yeni ili evdə keçirəcək:

"Yeni il ilə bağlı çox tədbirlərə və şənliklərə dəvət ediblər. Ancaq onların heç birində iştirak etmək fikrim yoxdur. Heç bir tədbirdə, şadlıq sarayındakı şənlikdə iştirak etmək istəmirəm. 2014-cü ili evdə qarşılayacağam. Yaxınlarım Azərbaycandan kənarda olsa da, yeni ili evimizdə qarşılayacağam, uşaqlarımla, nəvələrimlə telefonla danışacağam".

Baloğlan Əşrəfov: "Bunu öz sənətimə təhqir kimi qəbul edirəm"

Xalq artisti Baloğlan Əşrəfov da yeni ili öz ailəsi ilə keçirəcəyini və 31 dekabrda oğlunun doğum günü olduğunu dedi:

"Mən neçə illərdir ki, yeni ili öz ailəmlə birlikdə qeyd edirəm. Çünki 31 dekabr oğlumun doğum günüdür. Ənənəvi olaraq yaxın qohum-əqrəba bizim evə yığışır və oğlumun doğum gününü qeyd edirik. Bu il də elə olacaq. Həm də bu il Məhərrəmlik ayına təsadüf edir. Allahın icazə verdiyi nemətlərdən yeyib evdə olsaq, günaha da girmərik. Bayram da Allahın bayramıdır, Məhərrəmlik günü də. Elə etmək lazımdır ki, günah sahibi olmayaq.

Yeni ili heç bir şadlıq sarayında və ya restoranda keçirmək fikrim yoxdur. Dəvət ediblər, məni də orada görmək istədiyini bildiriblər. Ancaq mən o sənətkarlardan deyiləm ki, yeni ili 3-5 manat pula görə kiminsə restoranında keçirdim. Bunu öz sənətimə təhqir kimi qəbul edirəm".

Tarix
2013.12.24 / 17:02
Müəllif
Rəşad Alməmmədoğlu
Şərhlər
Загрузка...
Digər xəbərlər

“Ustad”ın 24-cü sayında kimlər var? – Foto

AzTV-də Alışanovla bağlı sərəncam niyə oxunmadı?

Telekanal rəhbərlərinə xəbərdarlıq: İctimaiyyət narazıdır

Dubayda Azərbaycan Ticarət Evi açıldı - Fotolar

Məşhur aktrisa vəfat etdi

Könül Xasıyevaya ağır itki

Azərbaycanlı alim Çexiyaya dəvət edildi

Rəhmin gəlmədimi 47 yaşa?! – Aşıq Vüqarın xatirəsinə...

Dünyanın ən varlı insanı boşanmaq qərarını elan etdi

Azərbaycan dövlətinin yaranma tarixi - İmperiyanın süqutu

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla