Yuxarı

Əlif Şəfəq: “Vəkilim erməni obrazlarıma görə...”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli yazar Əlif Şəfəq keçən şənbə Nyu Yorkda yerləşən "Linkoln Center"də baş tutan "Dünya Qadınları Sammiti"nə (Women of the World Summit) qatılıb.

Axar.az xəbər verir ki, Əlif Şəfəq iclasda "Dünya Qadınları Sammiti" çərçivəsində təşkil edilən "İslamda qadınlara yer varmı?" mövzusunda çıxış edib.

2500 nəfərin izlədiyi tədbirdə Səudiyyə Ərəbistanında 15 qız uşağının sırf başları açıqdır deyə yanan bir məktəbdən qaçmaqlarına icazə verilmədiyi üçün öldüklərini xatırladan yazar insanlığı Qərb və Şərq (biz və onlar) deyə ayıran hər kəsdən eyni dərəcədə uzaq olduğunu vurğulayıb: "Müsəlman ölkələrindəki kişi hökmranlığı və Qərb əleyhdarı fikirləri də, Qərb ölkələrindəki islamafobiyanı da eyni anda tənqid edə bilmək lazımdır. Heç kimin din haqqında fikirləri insan həyatından daha qiymətli deyil".

"Yumor hissini itirən..."

Yaxın şərqin Con Stüartı hesab edilən misirli komediya aktyoru Bassem Yusifin suallarına da cavab verən Əlif Şəfəq yumorun sərhədləri aradan götürən bir qüvvə olduğunu qeyd edib. Yumor hissini itirən cəmiyyətlərin demokratiyanı da itirəcəklərini söyləyən xanım yazar Türkiyədə yumoristlərə qarşı qaldırılan iddialardan böyük narahatlıq keçirdiyini də sözlərinə əlavə edib.

"Cəmiyyət siyasətçilərdən daha çox qabaqdadır"

"Ata və bic" romanı ilə bağlı yaşadıqlarından bəhs edən yazarın bu sözləri salondakıları güldürüb: "Mənim üçün olduqca inanılmaz bir şey idi, təsəvvür eləyin ki, vəkilim erməni roman obrazlarını müdafiə etmək məcburiyyətində qalmışdı".

İfadə azadlığının və demokratiyanın önəmini vurğulayan Əlif Şəfəqin yazarların, şairlərin və jurnalistlərin əsərlərinin həm Türkiyənin, həm də müsəlman dünyasının gələcəyi üçün önəmli olduğunu bildirməsi böyük alqışla qarşılanıb: "Türkiyədə və Yaxın şərqdə insanlar, yəni cəmiyyət hökumətlərdən və siyasətçilərdən çox daha qabaqdadır, böyük fərqlə irəlidədir".

Tarix
2015.05.02 / 00:21
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla