Ana səhifə Kult |
Əfsanəvi fransız müğənni Edit Piafın 100 illik yubileyi Parisdəki Milli Kitabxanada açılan bir sərgi ilə qeyd olunur.
Axar.az xarici mətbuata istinadən xəbər verir ki, Fransa Milli Kitabxanasında açılan sərgidə müğənniyə aid posterlərin, fotoların, şəxsi əlyazmaların, hətta artıq simvol halına gələn qara paltarının da olduğu 400 əşya nümayiş olunur.
Sərginin təşkilatçısı Joel Huthuahl açıqlamasında deyib:
"Sərgi boyu müxtəlif rənglərin və müxtəlif fotoların kainatına daxil olursunuz. Fotolar, səsli bələdçi, səslər və görüntülər sayəsində xalq Piafın dünyasına səyahət etmiş olur".
Xatırladaq ki, 1940-50-ci illərdə fransız mədəniyyətində olduğu qədər beynəlxalq arenada da bir simvol halına gələn Edit Piaf yaddaşlardan silinməyən onlarla mahnıya imza atıb. 1963-cü ildə, 47 yaşında xərçəngdən vəfat edən Piafın həyatından parçalar təqdim olunan sərgi avqustun 23-nə qədər Parisdəki Fransa Beynəlxalq Kitabxanasında davam edəcək.
Tarix
2015.05.05 / 12:10
|
Müəllif
Nilufər Muğantürk
|