Yuxarı

Vətən müharibəsi şəhidləri ABŞ-da da anıldı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vətən müharibəsi şəhidləri ABŞ-da da anıldı

Azərbaycan Nyu York Assosiasiyasının təşkilatçılığı ilə ABŞ-ın Nyu York şəhərində Vətən müharibəsi şəhidlərinin anım mərasimi keçirilib.

Kult.az xəbər verir ki, Bruklində yerləşən Sultan Eyyub Məscidinə toplaşan soydaşlarımız torpaqlarımızın işğaldan azad olunması və ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan şəhidlərin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə çıxış edən Assosiasiyanın rəhbəri Ərcan Yerdələnli bildirib ki, sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı xain hücumuna Azərbaycan Ordusu layiqli cavab verib: “Ölkə vətəndaşlarını və ərazisini müdafiə etmək məqsədilə uğurlu əks-hücum əməliyyatına başlayan Silahlı Qüvvələrimiz işğal olunmuş ərazilərin böyük bir hissəsini azad edib. Qəhrəman oğullarımızın canı və qanı bahasına qazanılmış Qələbə işğalçını təslim olmağa məcbur edib və 10 noyabr tarixli bəyanatın imzalanması nəticəsində Azərbaycanın işğal altında olan digər əraziləri də azad olunub”.

Ə.Yerdələnli qeyd edib ki, xalqımız Vətən yolunda şəhid olmuş övladlarının fədakarlığını unutmayacaq və daim onların xatirəsini uca tutacaq.

Tədbir şəhidlərin ruhuna duaların oxunması ilə başa çatıb.

Tarix
2020.12.04 / 17:50
Müəllif
Gülnarə Kazımova
Digər xəbərlər

Ermənistan heç özü Qarabağı müdafiə etmədi - Cabarov

Prezident Karla Kanqaluya məktub ünvanladı

İlham Əliyev Japarovu təbrik etdi

İlham Əliyev Şimali Kipr prezidentinə başsağlığı verdi

Zakir Həsənov Türkiyədə səfərdədir

Moskvaya gedən avtobus qəzaya düşdü: 50 azərbaycanlı...

XİN Türkiyəni təbrik etdi

Tramp iki ölkəni hədələdi - Sərt cavablar gəldi...

Güney azərbaycanlı fəallar məhkəməyə çağırıldı - Səbəb

Azərbaycandakı yəhudi dini icmaları birgə açıqlama yaydı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla