Yuxarı

Nizami daha çox onlara tanıdılmalıdır – Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nizami daha çox onlara tanıdılmalıdır – Foto

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında “Böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi” mövzusunda geniş kitab sərgisinin açılış mərasimi və “Azərbaycan əlyazmaları Praqa Milli Kitabxanasında” adlı qədim əlyazmaları kitab kataloqunun təqdimatı olub.

Kult.az xəbər verir ki, tədbirdə xalq yazıçısı Elçin Əfəndiyev, mədəniyyət naziri Anar Kərimov, akademiklər Nizami Cəfərov və Teymur Kərimli, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva iştirak edib.

Qənirə Paşayeva tədbirdə çıxışında “Nizami ili” ilə yanaşı, Şuşanın mədəniyyət paytaxtı elan olunması və mədəniyyət paytaxtında Xarı bülbül Festivalının, Vaqif Poeziya Günlərinin bərpa olunmasını da nəzərə alaraq, 2021-ci ili bütövlükdə Azərbaycan mədəniyyəti üçün xüsusi il kimi xarakterizə edib:

“Cənab Prezidentin qəbul etdiyi mühüm qərarlar və planlaşdırılan tədbirlər mədəniyyətimizin dünyada tanıdılması ilə yanaşı, gənc nəslin mədəniyyətimizi dərindən idrakına kömək edəcək. Nizaminin daha çox gənclərimizə tanıdılmasına böyük ehtiyac var. Bu baxımdan bu gün təqdim olunan kitablar, keçirilən və nəzərdə tutulan tədbirlər, bir sözlə, Nizami irsinə məqsədyönlü diqqət böyük önəm daşıyır. Özəlliklə Oksford Universitetində Nizami Mərkəzinin yaradılması və Bertelsin “Böyük Azərbaycan şairi Nizami” kitabının ingilis dilində çapını Nizami irsinin tanıdılmasında mühüm addım hesab edirəm.

Ölkəmizdə bir çox əməli fəaliyyət sahələrində ciddi yeniliklər, islahatlar aparılıb; işğalçı düşmən üzərində tarixi zəfər qazanmışıq. Bütün bunlar mədəniyyət sahəsində, mədəniyyət təsərrüfatında da yeni yanaşmalar, yeni strateji baxışlar doğurub”.

Tarix
2021.01.23 / 17:37
Müəllif
Axar.az
Digər xəbərlər

Geri çəkildik və sülh sazişinin mətni ilə razılaşdıq...

Azərbaycan üçün dəhşətli statistika – Hara gedirik?

Prezident onları qəbul etdi

Bu, Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı

Bakıda mühüm toplantı: Prezidentin müraciəti oxundu

BMT də xəbərdarlıq etdi: Sİ real təhlükədir?

Azərbaycan “həqiqi hərbi xidmət”dən niyə imtina etmir?

Azərbaycan müdafiə xərclərini nə qədər artıracaq?

Ermənilər narahat olmalı deyil, xəcalət çəkməlidir!

Bu, Qarabağda öz izlərini qoruyub saxlayır - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla