Yuxarı

Adamyeyənlərlə görüş: Denis kafedə gecələməyə qaldı və...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Doğru olmayan adam hər gün bir şeyini, bir gün isə hər şeyini itirir...”

“...Daşa, bu adamyeyənlərlə bizim işimiz olmamalıdır! Onlardan bacardıqca uzaq gəzməliyik!

Qız heç nə olmamış kimi üzümə baxaraq söylədi:

- Axı burda nə var ki, bu adamyemə vərdişi onların özünə məxsus qurbanetmə ritualıdır”.

Əvvəli burada

Denisə baxdıqca, bir zamanlar mənə hədsiz pislik edən qaraçı-qadını xatırlayırdım. Daşaya açıq dedim:

- Mən anlayıram ki, sən ona yardım etmək istəyirsən! Amma hər halda biz tanımadığımız kəsi evimizə dəvət edə bilmərik!

Denis incimiş halda günəşdə qaralmış kirli yanaqlarını şişirdib, başını aşağı saldı. Daşa ona sarı addımlayaraq:

- Elə isə mən də onunla burada gecələyəcəm, - dedi.

Nə edəcəyimi həqiqətən də bilmirdim. “Sevinmək düşmür” ifadəsi bu yerdə işlənirmiş! Bir iblisdən qurtulub-qurtulmayacağımız hələ bəlli olmamış, artıq dilənçilərlə macəralarımız başlayırdı.

Səbrimi toplayıb, iblissevər dostumu dilə tutmağa başladım:

- Daşa, əzizim, əminəm ki, sən yaxşılıq etmək niyyətindəsən! Amma axşamın bu vaxtı biz bu kimsəsiz uşağı harda yerləşdirə bilərik? Çox güman ki, sənədi də yoxdur; heç bir mehmanxana onu nəinki bir gecə, yarımsaatlıq belə müsafir etməz!

Daşa inadından dönmürdü. Bir qədər düşündükdən sonra ideya dolu beynimi işə saldım; bütün mümkün olan, həyatda mümkün olmayan variantları öz-özlüyümdə götür-qoy edərək, Denis üçün bir gecəlik sığınacaq haqqında düşündüm.

Nəhayət, naəlac qalaraq, səsləndim:

- Getdik.

Daşa vurnuxdu:

- Hara?

- Evimizə yaxın bir kafe var, əgər onlar razılaşsalar, Denis bir günlük onların qonağı olar.

Kafenin adını eşitcək Denis banan görmüş balaca meymun kimi əllərini bir birinə sürtdü:

- Nə yaxşı oldu! Yemək də yeyə biləcəm, hə?

Daşa cavab verdi:

- Yazıq Denis, sən acsan?

Denis saxtakarcasına özünü kövrəlmiş göstərdi. Yol boyu Daşaya ürəyimdə qəzəblənir, eyni zamanda gecənin səhərə salamat açılmasını istəyirdim. Maraqlıdır ki, öncəgörən dostum sanki balaca qaraçının hipnozu altına düşmüşdü.

Qaraçıların əksərini yalançı, quldur və oğru sayırdım deyə, gedəcəyimiz kafedə nə deyəcəyimi götür-qoy edirdim.

Evimizə yaxın balaca bir kafe fəaliyyət göstərirdi, yemək hazırlamağı çatdırmadıqda çox zaman buradan hazır xörəklər sifariş edirdim. Bu obyektin bütün işçiləri məni tanıyır, xüsusi hörmətlə yanaşırdılar. Kafenin işçilərindən ən çox ünsiyyət etdiyim gülərüzlü Alla adlı rus ofisiant qız idi.

Kafeyə yaxınlaşdıqda Denisə diqqətlə baxdım: bu görkəmdə onu birbaşa içəri aparmaq olmazdı; odur ki, Daşayla bayırda gözləmələrini deyib kafeyə girdim. İçəridə iki müştəri kişi pivə içir, Alla isə mehribanlıqla onlara xidmət edirdi. Qız məni görcək sanki əziz insanını salamlayırmış kimi üzərimə qaçdı:

- Xoş gəlmisiniz! Çoxdandır görünmürsünüz! Haralardasınız?

Mən işlərimin çox olduğunu deyib, əsas mətləbə keçdim:

- Alla, rəfiqəmin tanışı olan yeniyetmə oğlan var; ailəsi şəhərdən uzaqda qalır, evlərinə bu gün gedib çata bilməyib. Bir günlük burada qala bilərmi?

Cümləmi tam bitirməmiş, Alla dərhal əlini ağ önlüyünün cibinə atıb telefonunu çıxartdı:

- Əlbəttə! Bircə dəqiqə, Mamed müəllimə deyim, qalsın.

Qız kənara çəkilərək, sakit səslə müdiri ilə danışmağa başladı; qəribədir ki, onun məndən xeyli məsafədə olmağına baxmayaraq, danışdıqlarını açıq-aydın eşidirdim. Öz-özlüyümdə bu qəribə yeni xüsusiyyətimi kəşf etdiyim üçün xeyli təəcübləndim.

Alla bir neçə dəqiqə nəvazişlə Mamed müəllimi dilə tuturdu:

- Mamedik, yalnız bircə günlük! Hə, hə... uşaqdır, yazıq qalıb bayırda!

Nəhayət, “Mamedik” şirindil işçisinə təslim oldu; Alla gülümsəyərək mənə tərəf addımladı:

- Uşaq hardadır? Müəllim dedi gəlsin.

Qapını açaraq orada söhbətləşən iki tərki-dünyanı içəri dəvət etdim:

- Gəl, bir gecəlik qal, səhər biz Daşayla arxanca gələrik, - dedim.

Denis içəri girər-girməz ətrafa boylanmağa başladı:

- Bəs yeməklər hardadı?

Alla təəccübdən donub qalmışdı; mən çıxış yolu tapmağa cəhd etdim;

- Bilirsən, Alla, Denis velosipeddən yıxılıb, üstü- başı ona görə toz torpaqdır...

Allaya Denisin qaraçı olduğunu söyləyə bilməzdim; qız birmənalı şəkildə oğlanın kafedə qalmağına etiraz edə bilərdi; odur ki, Denisin bayırda qalmamasına görə və Daşanın da ona görə özünü “həlak etməməsi” üçün məcburi ağlıma gələn ilk uydurmamı söylədim.

Alla anlayışlı şəkildə başını yellədi:

- Deyəsən, o acdır, indi ona isti şorba gətirərəm!

Denis mətbəxə yollanan Allanın arxasınca səsləndi:

- Bəs ət yeməklərinizdən nə var?

Allanın uzaqdan səsi gəldi:

- Kotlet də olacaq!

Denis hiyləgər-hiyləgər gülümsəyərək, yenə əllərini bir-birinə sürtdü; onun bu davranışı mənim heç xoşuma gəlmədi:

- Denis, bu insanlar səni burda qonaq qəbul edirlər, müsafir isə sifariş vermir!

Denis onu ilk görünüşdə bəyənmədiyimi hiss etmişdi; ümumiyyətlə qaraçılarda hissetmə, həssaslıq, hiylə və cəld düşünmə bacarığı irsidir. Bəlkə də məhz bu xüsusiyyətlərə görə onlar ən çətin şəraitdə belə yaşamaq üçün mübarizə apara bilirlər. Qaraçıların rəngarəng və maraq dolu həyatları haqqında sonsuz filmlər çəkilib, qalaq-qalaq kitablar yazılıb. Lakin bu nağıl dolu aləmin arxasında daha çox çirkablıqlarla bol olan qaranlıq əməllərlə məşğul olan və halal zəhmətdən qaçan kəslər dayanır. Məşhur rəvayətlərdən birində İsa Məsihin çarmığa çəkildiyi məqamda qaraçıdan da bəhs olunur. Sən demə, İsa Məsih çarmığa çəkiləndə düşmənləri onun üçün qızıldan olan beş böyük mismar hazırlayıblarmış; ikisi əllərini, ikisi ayaqlarını, bir mismar isə onu düz alnından xaçvari quruluşlu şalbana pərçimləyəcəkmiş. Edam vaxtı kütlənin arasından ehtiyatla cəllad və onun köməkçilərinə yaxınlaşan bir qaraçı İsa peyğəmbərin alnından vurulacaq sonuncu qızıl mismarı dəyərli olduğu üçün oğurlayıbmış. Bu minvalla İsa peyğəmbər dərhal canını tapşırmır və pərçimlənmiş halda belə öz davamçılarına vəsiyyət və tövsiyələrini ərmağan etməyə macal tapır. Sonda isə onu ani ölümdən xilas edən qaraçını da unutmayıbmış; yüksəklikdən söylədiyi xeyir-duasıyla bütün qaraçılara əbədi xoşbəxt həyat diləyibmiş: “Harda olursunuzsa olun, öz diyarınız kimi azad və firavan, şad yaşayın, çalışmasanız belə, ləl-cəvahirət içində, bolluqda olun!”

Gördüyümüz kimi, bu səfillərin vətənləri olmasa belə, harda yaşamaqlarından asılı olmayaraq, heç bir sənədləri olmaya-olmaya, dünyanın istədikləri yerinə köç edə bilir və istədikləri kimi azad, şən və zəhmət çəkmədən, işə-gücə əmək sərf etmədən yaşayırlar!

Düşüncələrimdən məni Daşanın sualı ayırdı:

- Bəs Denis harda yatacaq?

Denisə iri sinidə xörəklər gətirən Alla cavab verdi:

- Mətbəxdə divan var, orada dincələr.

Mən Daşanın qolundan çəkdim:

- Gəl getdik, səhər gələrik!

Allaya bir daha təşəkkürümü bildirib, xudafizləşdim; çıxanda Denisə bərk-bərk tapşırdım:

- Elə et ki, bu insanlar mənə narazılıq bildirməsinlər!

Amma necə deyərlər, sən saydığını say, gör Denis nə sayır!

Kafedən çıxanda artıq Denisə görə başımızın az ağramayacağını təxminən təsəvvür edirdim; maraqlıdır ki, hissiyatlı dostum həqiqətlərlə barışmaq niyyətində deyildi.

Məhəlləyə daxil olduqda blokun qarşısında təcili yardım maşını ilə qarşılaşdıq, ətrafına qonşular toplaşmışdı. Tibb işçiləri yaşlı bir qadını xərəkdə maşına yerləşdirməyə çalışırdı. Qadın zarıldayırdı, səsindən bildik ki, bu o idi, günorta vaxtı evindən vahiməli səslə köməyə səsləyən qonşu qadın. Maraqlıdır ki, onun qarasınca bizə danışan qapıbir qonşusu qadın hamıdan çox dil-ağız edir, həkimlərə qonşusuna yardım etməyə az qala yalvarırdı...

Bu məqamda gözüm dostuma sataşdı; Daşa sanki şikarını ovlayacaq dişi canavara döndü. Qız havada nəsə qoxu axtarımış kimi bir göz qırpımında insan toplusunun arasına daxil olub ordan saqqallı oğlanın yaxasından yapışdı:

- Elə bilirsən qurtulacaqsan?!

Dərhal özümü onlar çatdırdım:

- Daşa, burax onu!

Qız qayçı-barmaqlarıyla çaş-baş qalmış oğlanı az qala boğurdu:

- Bil ki, anan ölsə, səni də əzablı ölüm gözləyir, əclaf!

Yalnız bu vaxt qarşımızda tir-tir əsənin kimliyi mənə məlum oldu. Bununla belə mən yenə də Daşanı nanəcib övlada xətər yetirməməyə səslədim. Qonşular bizi dairəyə alaraq, bütün olanları səssiz müşahidə edirdilər.

Üzümü onlara tutdum:

- Anasına qıyan sizə rəhm edəcəkmi? Övladlarınıza acıyacaqmı? - deyə bərkdən səsləndim.

Sanki bu çağırışımla barıt çəlləyinə kibrit atmış oldum; qonşular içərisində səs-küy, izdiham yarandı; bəziləri oğlanın tutulmağını, digərləri onun binadan dərhal köçüb getməyini tələb etməyə başladı. Ayaq üstə güclə dayanan qoca bir kişi isə onu təpikləyərək öldürəcəyi ilə hədələdi. Müdafiə olunmadığı üçün döyülməkdən ölümcül hala düşən qadının bizimlə söz savaşına çıxan dolu qonşusu belə oğlanın üzərinə yeridi:

- Mənimlə qapıbir qonşu ola bilməzsən! - deyə var səsi ilə bağırdı.

Mən bu qarışılıqdan istifadə edərək, Daşanın biləyindən tutub onu bloka saldım, sonra sürətlə pilləkən yuxarı mənzilimizə doğru addımlamağa başdadım. Xeyli sakitləşən dostum müqavimət göstərmirdi.

Evə gircək özümü çarpayının üzərinə yıxdım:

- İlahi, bu gün nə qədər hadisələrlə qarşılaşdıq! Bir gün üçün bu çox deyilmi? - dedim, sonra isə bəlkə də Yaradanın sınaqları ilə qarşılaşdığımızı dərk edərək, şükr etməyə başladım.

Daşa masa arxasında səssiz əyləşərək başını əlləri arasına aldı:

- Mən bilirdim ki, qadın öləcək... Bilirdim ki, oğlu onu öldürəcək!

Mən təəcüblə Daşaya baxdım:

- Məgər qadın öləcək?

Qız dərindən ah çəkdi:

- Hə! Və mən onu xilas etməkdə artıq acizəm!

Heyrətimi heç cür gizlədə bilmirdim:

- Daşa, axı o köməyə səslədikdə salamat idi!

Qız bulud kimi dolmuş gözləri ilə düz ürəyimə boylandı:

- İşinin vacibliyi, taleyinin yaxşılığa doğru həlli üçün mən səninlə getməyi əsas bildim, onun xilası üçün isə öz qüvvələrimdən zaman istədim. Görünür ki, qadının qonşusu hardasa haqlıymış - oğlu tərəfindən döyülən ana zamanında çox haqsızlıq edib ki, onu dar ayaqda heç bir qüvvə xilas etmir.

Daşadan ilk dəfə idi ki, bu haqda eşidirdim. Deməli, hədsiz pislik edən insanları şər qüvvələr belə qorumur, onlardan üz döndərir!

Qadını xilas edə biləcəyimiz məqamı İqbal ilə şəxsi məsələlərimizi həll etmək cəhdinə qurban verdiyimizi düşünərək məyusluğa qapanmışdım. Dostum beynimdəkilərdən agah idi:

- Yox, onun qədəri belə yazılıb! Anasına hədsiz əzab verdiyi üçün övladı tərəfindən qətlə yetirilməli idi! Həyat bumeranqdır! Adi pis düşüncə belə insan taleyinə mənfi təsir etmə gücündədir!

Təəccübümü gizlətmədim:

- Elə isə həqiqətləri söyləyən qonşuya niyə qəzəblənirdin?

İblissevərin cavabı məni heyrətdən donmağa məcbur etdi. Daşa gözlərini gözlərimə dikib təmkinlə dedi:

- İnsanların qəlblərinin paslanmasını istəmirəm...

Onunla bu düşüncədə həmfikir idim; istənilən pisliyin qarşısını yalnız yaxşı əməl ala bilər, çünki qəzəb - nifrət, əzab - intiqam, qisas isə şiddətlə qarşılanacaq. Məcburi istisna müdafiə hallarını çıxmaqla insan övladı bəşəri yalnız gözəl əməlləri, xoş niyyəti ilə abadlaşdırmalıdır. Adəm Həvvanın itaətsizliyi ucbatından cənnətdən Yerə göndərildi; buraya göndərilən peyğəmbərlər bütün müqəddəs kitabələrdə qadının ikinci dərəcəli olduğunu açıq-aşkar bəyan etdi: ərə itaət, həyat yoldaşına diqqət və qayğı. Təbii ki, ilkin həyati mərhələlərdən bəhs edən adi insan münasibətləri özü gözəlliyin təməlinə, həqiqətə doğru bir yollayışdır, Yaradanın yanında səhvlərini itaətkarcasına dərk edərək gecə-gündüz tövbədə olan şəxslərə bir qurtuluş, cənnətə qayıdışdır; çünki doğru olmayan adam hər gün bir şeyini, bir gün isə hər şeyini itirir. Ən əsası Allaha qayıdışını itirir...

Təsəvvür edin ki, Yer üzü bir cəhənnəmdir ki, insan sanki rahat, dəbdəbəli villadan kiçik dar qəfəsə məhbus kimi göndərilir və bütün həyatı boyu çalışmaqla, əziyyətlə cəzasını çəkmək məcburiyyətindədir. Cəzalarını nümunəvi şəkildə başa vuraraq, doğru, dürüst olan dustaqlar azadlığa buraxılan kimi bu fani həyatla vidalaşır, əvəzində mükafat olaraq əbədi, rahat behiştliyə sahib olur. Bundan böyük mükafat nə ola bilər?!

Daşaya Denisə olan münasibətimi gizlətmədim:

- Bax, dostum, qaraçılarla ehtiyatla davranmaq gərəkdir! Heç birlirsən bu ünsürlərdən necə bəlalar gələ bilər?

Qız diqqətlə dinləyirdi, mən isə ona bir vaxtlar qaraçı qadınla olan xoşagəlməz hadisəni nəql etməyə başladım:

- Bir neçə il əvvəl şəhərin mərkəzində hazırlıq kurslarına yazılmışdım. Bir gün dərs gec bitdiyindən, gecə saatları evə gəlməli oldum. Yollar təmir- tikinti işləri aparıldığı üçün kələ-kötür idi, özümə cığır seçməyə çalışırdım. Təsəvvür et ki, şəhərin tam mərkəzi olmasına baxmayaraq, yolda məndən başqa heç kim yox idi. Birdən arxamda iti addımlarla mənə yaxınlaşan insanı hiss etdim və qəfil arxaya baxdıqda gözləri bərəlmiş nimdaş geyimli bir qaraçı qız və yanında arıq oğlanı gördüm. Oğlan dərhal uzaqlaşaraq bizimlə paralel məsafədə addımlamağa başladı; qız isə hansısa qəribə bir dildə sanki mahnı oxuyurmuş kimi uladı...

Daşa sözümü kəsdi:

- Ovsun deyirdi...

Mən razılaşdım:

- Mümkündür. Deməli, qadın arxamca ulamağa, sonra isə qolumdan yapışmağa cəhd etdi. Mən ondan kənara çəkilərək qorxulu bərəlmiş gözlərinə baxmamaq şərti ilə nəzər yetirdim; uzun, yerə dəyən ətəyi çirkin içində üfunət qoxurdu; məndən yapışmaq istəyən uzadılmış əlləri isə kəsik-kəsik idi.

Daşa əhvalatıma anlayışlar gətirirdi:

- O qadın zərərli vərdişlər sahibi idi.

- Ola bilər, - dedim, - sonra qaraçı mənə rus dilində pul verməyi tələb etdi, dedi ki, hamiləyəm, acam, yuxusuzam... Mənim isə o dönəmdə bacım qədər çox istədiyim dayım qızı hamilə idi və tezliklə övladı doğulacaqdı. Qaraçının xüsusi tonla pul istəməsi məni hiddətləndirdi, məhz ona görə söylədim ki, dayımın qızının uşağı olacaq və mən ona deyil, məhz öz doğmama hədiyyə etmək niyyətindəyəm. Dilənçi məndən əl çəkmirdi, arxamca gələrək bütün həyatımı danışırdı; deyirdi ki, gözəlliyinlə çoxlarının ürəyini sındırmısan, rədd cavabı verərək onları oda atmısan. Mən isə dediyimdən dönmürdüm, deyirdim ki, bax, əgər sənə pul versəm, bacım qədər əziz insanın yeni doğulacaq körpəsi hədiyyəsiz qalacaq, çünki pulum iki nəfərin hədiyyəsinə yetmir. Əslində, qadının hamilə olmadığı da bəlli idi və təbii ki, o, bu yalanı ürəyimdə mərhəmət hissi yaratmaq niyyəti ilə uydururdu. Məni hədsiz bezdirdiyi üçün mən də onu məsxərəyə qoymağa, ələ salmağa başladım. Birdən-birə qadın mənə qalın, özünə məxsus olmayan səslə, “sənə kədər yollayıram” dedi, sonra diz üstə yerə çökərək, əllərini çarpaz halda göyə qaldırıb bərkdən üç dəfə “Lemmiyya” deyə qışqırdı...

Daşa başını aşağı dikdi və sakit səslə söylədi:

- O alçaq səni lənətləyib, dostum...

Satanist rəfiqəmin sözləri məni təəccübləndirmədi, çünki bu hadisədən sonra uzun müddət ard-arda qəza, naxoşluq, qəribə xoşagəlməz hadisələrlə qarşılaşdıqda, hər dəfə qaraçının qışqırtıyla söylədiyi son kəlmə qulaqlarımda səslənirdi. Ən dəhşətlisi isə sağlamlığında heç bir problemi olmayan dayım qızının övladının ölü doğulması idi! Təsəvvür et ki, illərlə bütün dünyaya qarşı savaşmalı oldum. Üstəgəl, səhhətimdə ciddi narahatlıqlarla üzləşdim. Sonda bibimlə üz tutduq Məşhəd ziyarətinə. Mən bu gözəlliyi, möcüzə dolu dünyanın ən saf, ən təmiz güşəsini gördükdə, yalnız içdən ağlayaraq, pis niyyətli, kələk dolu kəslərdən uzaqda qalmağımı dilədim Yaradana xatir. Orada o qədər zəvvar var idi ki, biri mal-mülk diləyirdi, biri övlad, digəri sağlamlıq və ya ailə; mən isə yalnız ruhumun sakitləşməyini arzulayırdım...

Daşa sözlərimdən təsirlənmişdi, qızın yanaqlarından yaş axırdı:

- Heyif, mən səninlə o zaman tanış deyildim, - qız yalnız bu sözləri söylədi.

- Çox güman ki, qaraçı qadın alçaldığını hiss edərək, mənim məhvim üçün dua edib, amma Yaradanın qoruduğu kəsi kimsə məhv etmək gücündə deyildir!

Daşa sözlərimi təsdiqlədi:

- Onun mənfi enerji ilə söylədiyi sözlər sənin auranı zədələyib, bionerjini silkələyib, amma ibadətdə olduğun üçün yıxmağa gücü çatmayıb...

- Bilirsən, Daşa, mən o hadisədən sonra qaraçılardan qaçıram. İnan ki, bir zamanlar qaraçılarla bağlı filmlərə baxmaqdan doymazdım; qaraçılardan bəhs olunan “Yeseniya” filmini uşaqlıqdan sevirdim, məşhur Qorkinin anası qaraçı əsilli olduğu üçün tabor haqqında ən çox yazan yazıçılardandır ki, əsərlərini az qala əzbər bilirdim. Amma bu xoşagəlməz hadisədən sonra sanki bir küskünlük yarandı bu qəlbləri zülmət dolu dinsiz-imansız kəslərə.

Dostum razılıq olaraq başını yellədi:

- Mən səni anlayıram, - dedi.

- Əslində qaraçılar üç qola bölünür: roman qaraçıları, hind qaraçıları və yaşadıqları yerlərdə əhaliylə sıx əlaqədə olaraq dəyişilən və yalnız qaraçı adını saxlayan qaraçılar. Roman qaraçıları falabaxma, narkoticarət, uşaq oğurluğu, transplantasiya kimi “qara bizneslə” məşğul olduqları üçün onlar ictimaiyyətə daha təhlükəlidir. Hind qaraçıları daha köçəri həyat sürər və bəzək-düzəyə, al-əlvan qumaşa da məhz onlar meyilli olar. Əhaliylə sıx ünsiyyətdə olan qaraçıların içində alimlər və ziyalılar var. Ən maraqlısı isə psixologiyada “qaraçı üsulu” ilə müalicədir. Klassik psixologiya və müasir psixologiya üsulu ilə yanaşı, ən çox istifadə edilən məhz “qaraçı psixogiya üsuludur” ki, psixoloqlar öz pasiyentlərini vaxtaşırı bu üsul ilə müalicə edirlər.

Əmin idim ki, tibbi psixologiyada təhsil alan rəfiqəm bu üsullar barədə məlumatlıdır, lakin qız sözümü kəsmədən sona qədər dinlədi:

- Qaraçılar barədə hər şeyi dedin, bir tək adamyeyən olduqlarını söyləmədin.

Dəhşət içərisində qışqırdım:

- Ola bilməz!

Daşa gülümsündü:

- Bir çoxları öz yeni doğulmuş övladlarını kabab edərək yeyirlər. Ümumiyyətlə, qaraçılar zavallı uşaqları hesablarına və oğurladıqları körpələrə görə böyük qazanc əldə edirlər; qara yollarla onları diləndirməyə məcbur edirlər, bir çoxlarını hətta buna görə şikəst edirlər və ya ən bahalı sayılan uşaq daxili orqanları transplantasiyası üçün bu balaca adamlardan istifadə olunur.

Yalnız indi Daşanın Denisə olan canfəşanlığını və yardımetmə niyyətini anladım; qız sanki onu hansısa təhlükədən qorumaq istəyirmiş.

Admayeyən qaraçıları barədə düşündükdə isə başımdakı tüklər az qala pırpız dayandı; bir anda bədənimin qızardılmış parça tikələrini qara yekəqarın qaraçıların ağzında çeynənildiyini düşündüm:

- Daşa, bu adamyeyənlərlə bizim işimiz olmamalıdır! Onlardan bacardıqca uzaq gəzməliyik!

Qız heç nə olmamış kimi üzümə baxaraq söylədi:

- Axı burda nə var ki, bu adayemə vərdişi onların özünə məxsus qurbanetmə ritualıdır. Axı hər kəs qurban verir; möminlər belə qurban kəsir, satanistlərin belə qurbanları olur. Qaraçıların da qurbanları yedikləri insanlardır!

Psixologiyamın korlanmaması üçün Daşayla mübahisə etmək niyyətindən daşındım. Bir-birimizə “şirin yuxu” diləyi ilə yatmağa hazırlaşdıq, səhər erkən qalxaraq Denisə baş çəkməli idik.

Sübh tezdən tezbazar səhər yeməyini yeyib evdən çıxdıq; kafeyə yaxınlaşdıqda orda kafenin bütün işçilərinin bərkdən mübahisə etdiyinin şahidi olduq. Denis görünmürdü, nəzərlərim Allanı axtarırdı. Qız boş masa arxasında əyləşərək, əlləri ilə başını bərk sıxmışdı. Ona yaxınlaşaraq, ehtiyatla xəbər aldım:

- Alla, nə baş verib?

Alla başını qaldıraraq yaşlı gözləri ilə üzümə baxdı, sonra hıçqırtı ilə ağlamağa başladı:

- Denis!.. Denis kassadakı pulları götürüb qaçıb...

Ardı var

Tarix
2021.02.08 / 00:21
Müəllif
Aynur Nurlu
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla