
Bu şirkət Adnan Əhmədzadədən rəsmən alındı
15:23
Ana səhifə Toplum |
![]() ![]() ![]() ![]() |
Xaçmazda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.
Xaçmaz rayon prokurorluğundan Axar.az-a verilən məlumata görə, oktyabrın 19-da saat 19 radələrində Xaçmaz rayonu ərazisində 1981-ci il təvəllüdlü Emin Cəlilovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1988-ci il təvəllüdlü Rafiq Həbibovun tüfəngdən atəş açaraq Emin Cəlilovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Rafiq Həbibov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.
Tarix
2025.10.20 / 11:41
|
Müəllif
Axar.az
|