Yuxarı

Barışıq üçün məndən iki ədəd ikiotaqlı ev istəyirlər - Həkim

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Barışıq üçün məndən iki ədəd ikiotaqlı ev istəyirlər - Həkim

Tanınmış alim Arif Acaloğlunu avtomobillə vuraraq öldürməkdə təqsirləndirilən həkim Azər Maqsudovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Axar.az Report-a istinadla xəbər verir ki, Sabunçu Rayon Məhkəməsində hakim Teymur Həsənovun sədrliyi ilə keçirilən prosesdə hadisə ilə bağlı rəy verən Ədliyyə Nazirliyinin Məhkəmə Eksperiza Mərkəzinin ekspertləri Təhmasib Bağırov və Lətif Əliyev ifadə veriblər.

Azər Maqsudovun vəkili Musa Abdinov deyib ki, ekspertlər rəydə müdafiə tərəfinin qoyduğu suallara cavab verməyib. Vəkil əlavə edib ki, ekspertlərin hadisə ilə bağlı verdiyi rəy yanlışdır.

Ekspertlər də öz növbəsində hadisə ilə bağlı verdikləri rəyi prosesdə izah ediblər. Onlar yanlış rəy vermədiklərini bildiriblər.

Ekspert Lətif Bağırov deyib ki, ona təqdim olunmuş ilkin istintaq rəyi ilə onun verdiyi sonuncu rəy arasında ziddiyyət olmayıb. O bildirib ki, hadisə ilə bağlı rəyi hadisənin görüntülərini əks etdirən videonu tədqiq edərək verib.

Prosesdə təqsirləndirilən Azər Maqsudov ona qarşı qaldırılan mülki iddia ilə bağlı ifadə verib. O bildirib ki, dəfn zamanı mübahisə yaranıb:

"Biz mərhumun böyük qardaşı ilə danışıb məbləğ müəyyən etmişdik. Sonra mərhumun həyat yoldaşı Türkiyədən zəng edərək razılaşmadığını deyib. Yaxınları mərhumun həyat yoldaşının şəhərdə iki ədəd ikiotaqlı ev istədiyini demişdilər. Sonra söhbət olub ki, 400 min manat pul istəyirlər, bu məbləği vəkillərlə razılaşıb 250 min manata düşürdüblər. Biz isə 45 min manat təklif edirik. Mən onların mülki iddiasını qəbul etmirəm".

Zərərçəkən tərəfin vəkilləri əlavə edib ki, hazırda qarşı tərəflə barışıq əldə olunmayıb.

Daha sonra məhkəmə istintaqının yekunlaşdığı elan olunub. Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib.

Növbəti proses oktyabrın 27-nə təyin olunub.

Xatırladaq ki, qəza 2023-cü ilin noyabrında Sabunçu rayonu ərazisində baş verib.

Qeyd edək ki, Azər Maqsudov Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiridir.

A.Maqsudova Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Onun barəsində istintaq dövrü müddətində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Tarix
2025.10.20 / 13:10
Müəllif
Axar.az
Digər xəbərlər

İki siyahı var: Biri “beşinci kolon”, digər isə Mehdiyevin…

İlham Əliyev Qazaxıstana getdi, belə qarşılandı - Video

Paşinyan Papa ilə görüşdü: Bakı ilə sülh sazişi...

Türk NATO-suna xeyir-dua verildi - ABŞ hərəkətə keçdi

Mehdiyevin əsas adamlarından biri danışdı

Mehdiyevin yanında o qalır, bazarlığı da mən edirəm...

AZAL təyyarəsi dayanacağa yedəkdə aparılıb - TASS

Şayiələr gəzir ki, Ramiz Mehdiyev… - Erməni politoloq

Ramiz Mehdiyevin oğlu ilə bağlı qərar verilir

AZAL təyyarəsi havada 3 saat dövrə vurdu - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla