Yuxarı

Flora Kərimova: “Bu məndən sizə yadigar olacaq” - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Flora Kərimova: “Bu məndən sizə yadigar olacaq” - Foto

Bu gün "Səni gözləyəcəm" klipinin təqdimatı keçirilib.

Axar.az xəbər verir ki, Beynəlxalq Mətbuat Mərkəzində Flora Kərimovanın oxuduğu "Səni gözləyəcəm" klipinin təqdimat mərasimi keçirilib.

Tədbir klipin izləyicilərə təqdim olunması ilə start götürüb.

Klip nümayişindən sonra bəstəkar Sevinc Tofiqqızı Flora xanıma hazırladığı əl işini hədiyyə edib.

Tədbiri öz nitqi ilə Flora xanım açıq elan edib: "Bu klip məndən sizlərə yadigar olacaq. Vaxt gələcək bu klipə baxıb xatırlayacaqsınız ki, belə bir müğənni olub. Bu gün məndən sizə, sizdən mənə yadigardır. Gəldiyinizə görə hər birinizə minnətdarlığımı bildirirəm".

Flora xanımdan sonra söz alan Gənclərə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev öz fikirlərini qonaqlarla bölüşüb: "Həqiqətən bu gün bura mənim ən sevdiyim insanlar yığışıb. Bu gün korifey sənətkarımız Flora xanımla da, Sevinc xanımla da fəxr edirəm. Sevinc xanımın yaradıcılığı göz qabağındadır. Qənirə xanıma bu gözəl musiqi sözləri üçün öz dərin minnətdarlığımı bildirirəm".

Tədbirdə Türkiyə səfirliyinin mətbuat müşaviri Həmid Qaradəniz də çıxış edib: "Bu gün Sevinc xanımla Flora xanımın ərsəyə gətirdiyi əsərin təqdimatında iştirak etməkdən çox məmnunam. Sənət bir millətin ən mühüm ünsürlərindən biridir, onsuz heç bir millət, xalq mövcud ola bilməz. Bu gözəl əsəri ərsəyə gətirən bu iki xanımı ürəkdən təbrik edirəm. İki dost, qardaş dövlətin gələcəyi üçün sənətin nə qədər önəmli olduğunu hər birimiz çox gözəl bilirik. Siz istedadlı xanımların gələcək nəsillərə də gözəl nümunə olduğunuzu düşünürəm və gənc nəslə demək istəyirəm ki, mütləq özünüzə öndər seçməli və onun yolu ilə getməlisiniz".

Tədbirin gedişində Sevinc Tofiqqızına fəxri diplom təqdim olunub.

Şair Vaqif Nəcəfzadə ayrı-ayrılıqda Flora xanıma, Sevinc Tofiqqızına və Qənirə xanıma öz təşəkkürünü bildirdikdən sonra öz duyğularını "Anam, Azərbaycanım" şeiri ilə bildirib.

Klipin rejissoru Flora xanımla birgə işləmək şərəfinə nail olduğuna görə fəxr etdiyini bildirib.

Tədbirin sonunda jurnalistlərdən biri rejissor Nail bəyə İlhamə xanımla Flora xanım arasında mövcud olan konflikt haqqında sual vermək istəsə də, rejissor bu haqda danışmaq istəmədiyini deyərək, sualı cavabsız qoydu: "İstər Flora xanım, istər İlhamə xanım hörmət etdiyim dəyərli sənətkarlardır. Hər ikisi ilə işləmək mənim üçün qürurdur".

Xatırladaq ki, mahnının musiqisi bəstəkar Sevinc Tofiqqızına, sözləri isə millət vəkili Qənirə Paşayevaya aiddir. Klipin rejissoru Nail Naiboğludur.

Tarix
2015.06.03 / 13:59
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Azərbaycanlı jurnalistlə müsahibəyə görə erməni kanalı bağlandı - Video

Qətər və AB strateji tərəfdaşlıq sazişi üzrə danışıqlara başladı

Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu - Video

Prezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul etdi

Ərdoğanın müavini Azərbaycana gəlir

Bakı ilə narrativlərimiz ziddiyyətli idi... - Qriqoryan

Tramp buna görə İlham Əliyevə təşəkkür etdi

Eyyubov Moskvada mühüm iclasda: Diqqət çəkən məqam...

Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaradır

Sülh sazişinin paraflanması atmosferi dəyişdi - Qriqoryan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla