Axar.az
Yuxarı

Axar.Az Logo

Uşaqlar üçün "Hədiyyə Karvanı" ölkəmizə gəlir

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uşaq Oyunları Federasiyasının başqanı, Türkiyənin nüfuzlu iş adamı Məhməd Mutlunun uşaqlar üçün həyata keçirdiyi möhtəşəm “Hədiyyə karvanı” növbəti dəfə dəfə azərbaycanlı uşaqları sevindirəcək.

Kult.az xəbər verir ki, Türkiyənin əksər şəhərlərində pandemiya dövründə məktəbdən, sosial həyatdan ayrı düşən, evdə zaman keçirmək məcburiyyətində qalan uşaqların asudə vaxtlarının təşkili üçün onlara maraqlı hədiyyələr aparan bu karvan mayın 14-də Azərbaycana çatacaq və ayın 29-a kimi müxtəlif şəhərlərimizi gəzib azyaşlıları sevindirəcək.

Qeyd edək ki, bu dəfə mayın 14-də Balıkəsirdən yola düşən oyun karvanı 18-19 may tarixlərində Tovuzda, mayın 20-də Gəncədə, 21-də Goranboyda, 22-də Naftalanda, 24-də Tərtərdə, 25-də Bərdədə, 26-da Ağdamda, 27-də Füzulidə olacaq. Hədiyyə karvanı ayın 29-da İstanbula dönəcək.

Uşaq Oyunları Federasiyası bu layihəni Türkiyə Cümhuriyyəti Xarici İşlər Nazirliyi və qardaş ölkənin Bakıdakı səfirliyinin dəstəyi, əməkdaşlığı ilə həyata keçirəcək.

Xatırladaq ki, daha öncəki illərdə də Məhməd Mutlunun rəhbərlik etdiyi Uşaq Oyunları Federasiyası Azərbaycanın Bakı, Gəncə, Qazax, Lənkəran, Qəbələ , Mingəçevir, Şəki şəhərlərində olub, uşaqlar üçün maraqlı tədbirlər təşkil edib, yarışmalar keçirib.

Həyata keçirdiyi kampaniya ilə bağlı Musavat.com-a məlumat verən Məhməd Mutlu bildirib ki, Federasiyanın əsas qayəsi uşaqlardır: “Bizlər sadəcə gələcək nəsillərimiz olan, gözümüzün nuru uşaqlarımıza xidmət edərək dünyaya sülh, ədalət və hüzur gətirəcək nəsillər yetişdiririk. Dünyada zülmə məruz qalan tək bir uşağın qalmaması üçün əlimizdən gəldiyi qədər yaxşılığı və doğruluğu təbliğ edən əsas vasitəni - oyunu uşaqlara təqdim edirik. Oyunla böyüyən uşaqların ədalətli, paylaşmağı bacaran və sosial şəxslər olacağını bilirik.

Federasiya olaraq “Oyun Karvanı Yollarda “ konseptli layihəmizdə son 4 ildə ölkəmizin şərqindən qərbinə qədər oyunlarımızı uşaqlarımızın ayağına gətiririk.

Şəhərlərdə, kəndlərdə, qəsəbələrdə, qurduğumuz oyun meydançalarında minlərlə uşaqla professional idman müəllimlərimizin iştirakı ilə küçə oyunları oynadıq. Hədiyyələr payladıq, medallar verdik. Bu il təəssüf ki, dünyanı bürüyən pandemiya səbəbindən kütləvi tədbirlər əvəzinə daha çox uşaqların evdə zaman keçirəcəkləri oyunlar hazırladıq. Bu dəfə proqram dəyişdiyi üçün "Oyun Karvanı" layihəmizi həyata keçirə bilmədik. Uşaqların bu müddətdə evlərində qalaraq daha gözəl zaman keçirə bilmələri üçün Oyun karvanını "Hədiyyə Karvanı" olaraq hazırladıq. Azərbaycandakı uşaqlarımıza evlərində valideynləri ilə oynaya biləcəkləri qədim ənənəvi oyun qurğuları ilə yola çıxmaq üçün gün sayırıq. Hədiyyələrimizi Türkiyə XİN və Türkiyənin Bakıdakı səfirliyinin himayəsi və dəstəyi ilə uşaqlarımıza çatdıracağıq. Uşaqlara dama, 9 daş, 3 daş, manqal, şahmat və digər oyunlar oynaya biləcəyi oyuncaqlar paylanacaq".

Sonda onu da qeyd edək ki, iş adamı Məhməd Mutlunun illərdir həyata keçirdiyi bu layihəni təşkilati dəstək göstərəcəyini deyən deputat Ramil Həsən öz layihəsi olaraq təqdim edib, "Tək millət, tək ürək" Humanitar Platformasına aid olduğunu yazıb.

Deputat Ramil Həsənin etdiyi paylaşımda qeyd edilir: "Bu layihəni TÜİB başkanı Hüseyin Büyükfıratın dəstəyi ilə yaradılmış "Tək millət, tək ürək" Humanitar Platforması və Türkiyənin Uşaq Oyunları və İdman Klubları Federasiyasının birgə layihəsi olaraq "Hədiyyə Karvanı qardaş ölkə Azərbaycanda" aksiyası keçirəcəklərini açıqlayıb, şəhid, qazi və imkansız ailələrin uşaqlarını sevindirəcəyini bildirib.

Bu məsələyə münasibət bildirən Məhməd Mutlu qeyd etdi ki, bu məsələdən dolayı çox təəssüf hissi keçirib: "Bu layihəni Türkiyənin Azərbaycandakı səfiri Ərkan bəylə müzakirə edərkən, məni deputat Ramil Həsənlə tanış etdi. R. Həsən mənə bildirdi ki, biz onsuz da şəhid, qazi ailələrinə yardım paylayırıq, sizin də hədiyyələrinizi paylayırıq. Bizə də belə bir yardım lazım idi. Ramil bəyi köməkçim Tuba xanımla tanış etdim, Ramil bəy isə onu "Tək millət, tək ürək" birliyinə yönləndirdi. Onlara birgə bir planlama aparmalı idik. Ötən gün aldığım xəbər isə məni çox məyus etdi. Bizə bu layihənin mətbuata açıqlamasını göndərmişdilər, mən də oxumadan təsdiqlədim. Sonradan dostlarım zəng edib mənə xəbər verdi ki, media bülletenində özlərini ön plana çıxarıblar. Mən də baxanda anladım ki, xəbəri özlərinə görə yazıblar.

Layihəmizin əsas fotosunda isə Türkiyə Xarici İşlər Nazirliyinin loqosu və bir çox başqa loqolarımız, Türkiyə və Azərbaycan bayraqları da var idi, onları fotodan çıxarıblar. Buna çox üzüldüm. Ramil bəyin köməkçisi ilə əlaqə saxladıq, bildirdi ki, ilk xəbəri belə hazırladıq, növbəti xəbəri sizin istədiyiniz kimi hazırlayarıq. Bu şəxslərə aid layihə deyil, Türkiyə Cümhuriyyətinin qardaş ölkələrin uşaqları üçün həyata keçirdiyi bir projedir. Layihənin tək sahibi Türkiyə Cümhuriyyəti və Uşaq Oyunları və İdman Klubları Federasiyasıdır. Hədiyyələri paylamaq üçün hansısa şəxs və ya qurumlardan dəstək ala bilərik, ancaq bu onların layihəyə sahib çıxması anlamına gəlməməlidir. Layihə Türkiyə Cümhuriyyəti və Uşaq Oyunları və İdman Klubları Federasiyası tərəfindən hazırlanıb qardaş ölkə Azərbaycana göndəriləcək və Azərbaycanda bu məsələdə ən yetkili şəxs "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğludur".

Qeyd edək ki, təşkilat yarandığı gündən bəri "Çocuk oyunla, dünya çocuqla böyüyür” şüarı ilə 65 şəhərdə, 85 bölgədə 365 mindən çox uşağı ənənəvi açıq hava oyunları ilə tanış edib. Dünyada və ölkəmizdə hökm sürən pandemiya dövründə ictimai, kütləvi tədbirlərin təşkili mümkün olmadığından bu dəfə Federasiya Azərbaycandakı uşaqlara daha çox evlərində valideynləri ilə oynaya biləcəkləri oyun qurğularını hədiyyə edəcək. Bu müharibədən çıxmış bir ölkədə uşaqların könlünü xoş etmək, yaralarını sarmaq üçün bu layihənin az da olsa yararlı olacağına inanırıq. Layihəmizdə şəhid və qazilərimizin övladlarına öncəlik tanıyacağıq. Zamanla Azərbaycanda yaşayan bütün uşaqlarımıza hədiyyələr çatdırmağa çalışacağıq".

Tarix
2021.04.10 / 19:15
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Şuşada möhtəşəm törən: Ermənilər görün nələr yazır...

Bəzi kanallar batır: savadsızlıq, süni davranış... - Millət vəkili

Saxta akademiklər, plagiatlıq və rüsvayçı tələblər

Ağadadaş Ağayev yenə əməliyyat olunacaq

Tanınmış azərbaycanlı rəssam koronadan vəfat etdi

Zəngəzurun məhv edilən 18 məscidi - Fotofakt

Heydər Əliyevlə bağlı sənədli film - Video

Tarix: İmperiya idarə edən azərbaycanlı Aristotel - Video

Atam Heydər Əliyevə sevgisinə görə ona İlham adını verdi

İlk dəfə: "Xarıbülbül" incəsənət festivalı təşkil edildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla