Yuxarı

Erməniləri müdafiə edən Osmanqızına...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəhmətlik Osman Mirzəyevin bioloji qızı olan Sevinc Osmanqızının sosial şəbəkələrdə erməniləri müdafiə edən çıxışı yayılıb.

İlk dəfə deyil Sevinc Osmanqızının erməni sevgisini büruzə verməsi; bu xanıma nə qədər deyiblər ki, ay qız, atanı öldürən ermənilərə sevgini bu qədər izhar etmək ayıbdır, xeyri yoxdur, davam edir. Bəlkə, müxalifətçiliyindəndir?

Məsələ də bundadır ki, Azərbaycan hakimiyyətinə müxalif olmaq və onun ən zəif yerindən vurmaq üçün fürsət axtarmaq çox normal bir işdir. Axtar, ara, tap və o məqamdan istifadə edərək hakimiyyəti nə qədər istəyirsənsə, ondan artıq tənqid elə. Ancaq 44 gün müharibə ilə Ermənistanı darmadağın edən Ordumuzu, onun komandanını məhz erməniyə münasibətinə görə tənqid etməkdən dəhşətli şey yoxdur. Bunun adı müxalifətçilik deyil, milli məsələlərdə müxalifətçilk olmur: bunun adı nədirsə, xahiş edirəm, şərhlərdə siz yazarsınız – mən yazsam, çox ağır sözlər yazacam ki, onları burda işlətmək istəməzdim.

Sevinc Osmanqızının videoları, erməniyanlı çıxışları tez-tez yayılır. Bəs, niyə məhz ötən gündən paylaşılan videosuna cavab vermək istədim?

Çünki adamın ağzından çıxan ifadələrdən bu xalqa, millətə, atası Osmanın yatdığı torpağa, Qələbəmizə və Ordumuza necə nifrət etdiyi görünür.

Diqqət edin: “Sən düşmən üzərində qələbə çalacaqsansa, amma onu aşağılamaq nəyə gərək” deyir.

Cümlə strukturundakı qüsurun səbəbi bilirsinizmi nədir? Bunun səbəbi Sevinc Osmanqızının təfəkkürüdür! Onun təfəkküründə Azərbaycanın qələbəsinə müqavimət, onun qəbul etməmək var! - əmin ola bilərsiniz.

“Sən düşmən üzərində qələbə çalacaqsansa” deyir, “Düşmən üzərində qələbə çalmısan” demir!

44 günlük müharibədə düşmən üzərində yalnız qələbə çalınmayıb axı: erməni darmadağın edilib, dövlət olaraq sütunları Sarsıdılıb!

44 günlük müharibədə erməni ordusunun arsenalının 80 faizi, şəxsi heyətinin 45 faizə qədəri Məhv Edilib!

44 günlük müharibədə Xocalının qisası, 1200 qız-gəlinə təcavüzün öcü alınıb!

44 günlük müharibədə Osman Mirzəyevin – o silahsız, mülki jurnalistin qatilləri cəzalandırılıb!

44 günlük müharibədə ermənilərin 30 illik qalib ədası məhv edilib, qürurları ayaq altına alınıb, işğalçı mahiyyətləri dağıdılıb!

44 günlük müharibə ilə 1893-cü ildən təşkilatlanan və onillərlə erməni uşaqların bəsləndiyi ideologiya cəhənnəmə vasil olub!

Ermənilər təkcə məğlub olmayıb ki! Ermənilər həm də ideologiyasız qalıblar, ona görə çarəsizdirlər, qorxudadırlar və dövlətlərini Qarabağda atıb qaçdıqları dəbilqədə rus ordusuna təhvil verdilər. Anladılar ki, bu qondarma dövlət onların deyil, Rusiyanındır!

“Erməniləri aşağılamaq nəyə gərək” deyir...

Erməniləri bizmi aşağılayırıq? Erməni Xocalıda qətliam törədəndə aşağılanmışdı; erməni Zəhranı qətlə yetirəndə aşağılanmış olduğunu bütün azərbaycanlılara bir daha və bir daha nümayiş etdirmişdi!

Erməniləri haçan biz aşağılamışıq ki!

Erməniləri aşağılayan Puşkin olub: “Sən oğru, sən kölə, sən ermənisən” deyəndə.

Erməniləri aşağılayan Qriboyedov olub: “Bunlar elə əxlaqsız tayfadırlar ki...” yazanda.

Get, axtar, oxu, Rusiyanın dünyaca məşhur mütəfəkkir-şair-yazıçı və diplomatlarının ermənilərə nə yazdıqlarını araşdır və get düş Puşkinin “üstünə”: Aydınlaşdır gör erməniləri niyə təhqir edib?

Azərbaycan və azərbaycanlılar haçan ermənini aşağılayıb ki! Rus ziyalıları, zabitləri, elitası erməniləri birdəfəlik vasitə kimi istifadə edib, təhqir yağdıranda biz erməniləri kirvə tutub, süfrəmizin və torpağımızın başına keçirməmişdikmi?

Ermənilərin əxlaqsız, vicdansız, alçaq, murdar olduğunu bir əsrdə Beşinci Dəfə görəndən sonra rus mütəfəkkirlərin fikirlərinə şərik olmuşuq!

“Erməniləri uzunburun göstərmək...” deyə, etiraz edirsən!

Bax sovet karikaturlarına! Gör sovetlər zamanında, sovet kinosunda belə erməni obrazı necədir? Burnu necə təsvir edilir və göstərilir?

Digər tərəfdən, Bakıda Qənimətlər Parkında balasına lay-lay çalan erməni qadın aşağılanmayıb, uzunburun göstərilməyib. Bakıda Qənimətlər Parkında göstərilən və səni yaxıb-yandıran uzunburun erməni 30 ildir Azərbaycan torpaqlarını işğalda saxlayıb, minlərlə günahsız azərbaycanlını qətlə yetirən, 1 milyondan artıq azərbaycanlını didərgin salanlardır!

Ermənilərin uzunburun olmasının simvollaşdırılmasının bir ayrı səbəbi də başqalarının torpağına burun soxmalarıdır.

Yəni burnuzunluq – təkcə sən düşündüyün və təsəvvür elədiyin şey deyil xoşun gələ!

Siyasi mübarizədə toxunulmazlar, tabular var; o tabulara toxunacaqsansa, ən ağır sözləri haqq edəcəksən!

3 min şəhidin 30 min doğması və 300 min qohumu üçün Qənimətlər Parkındakı manikenlər xüsusi əhəmiyyət kəsb edir.

Bu, hələ İkinci Qarabağ savaşına aiddir.

Bura Birinci Qarabağ savaşında şəhid olan 20 mindən çox əsgəri və onların doğmalarını da əlavə elə!

Bura hər iki savaşda qazi olan 40 mini əlavə elə!

Bura vuruşan və vuruşa can atan onminləri əlavə elə!

Bura azad edilmiş yurdlarına qayıtmaq üçün intizarla gözləyən və 1991-93-cü ildə qovulmuş, indi ata ocaqlarının tar-mar edildiyini görüb yerdən göyəcən yanan 750 min (indi yəqin ki, onların sayı 1,5 dəfə artıb) insanı da əlavə elə!

Bura Göyçədən, Zəngəzurdan, İrəvandan, Dərələyəzdən yalnız 1988-ci ildə qovulan 250 mini də əlavə elə!

İnsafın olsa, 1948-53-cü illərdə qovulanların nəvələrini də gəl üstünə!..

Ermənilər – hər bir azərbaycanlının ailəsinə girib, hər bir azərbaycanlı ailəsində ermənilərin vurduğu zərər ölçüyəgəlməzdir!

Elə sənin ailənə də giriblər 1991-də!

Bütün bunlardan sonra Azərbaycanın Şanlı Qələbəsini ifadə edəndə “çaşmaq” və “qalib gələcəksənsə...” kimi kəkələmək üçün kim olmaq lazımdır?!

Tarix
2021.04.19 / 09:31
Müəllif
Şeyx Teymur
Şərhlər
Digər xəbərlər

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla