Xərçəng ən ağır
xəstəliklərdən biridir. Onun qarşısını nə sosial, nə də maddi
vəziyyət ala bilir. Pul xərçəng xəstəsinin ömrünü uzada bilər,
lakin tamamilə müalicə edə bilməz.
Publika.az ölümcül xəstəlik ucbatından dünyasını dəyişən bir
sıra məşhurları təqdim edir.
Janna Friske, 40 yaş
Məlum olduğu kimi, iki gün öncə rus estradasının məşhur ifaçısı
Janna Friske uzun sürən xəstəlikdən sonra vəfat edib. Hələ 2014-cü
ilin əvvəlində həkimlər Jannaya beyin şişi diaqnozu qoyub. Janna
xəstəliyə təslim olmadan ABŞ, Almaniya, Çin kimi ölkələrdə müalicə
alıb. Lakin o, bununla ömrünü bir neçə ay uzada bildi, sonda isə
əcəl öz sözünü demiş oldu.
Stiv Cobs, 56 yaş
Bu şəxs zamanında ağlı və texnoloji yenilikləri ilə hamını
təəccübləndirmişdi. Stiv Cobs dünyaya "iPhone" kimi avadanlığı bəxş
etdi. Lakin 3 il xərçənglə mübarizədən sonra Cobs 2011-ci ildə
mədəaltı vəzin xərçəngindən vəfat etdi.
Marçello Mastroyanni, 72 yaş
Dahi aktyor ömrünün son illərində bu xəstəlikdən əziyyət
çəkirdi. O, mədəaltı xərçəng xəstəliyinə düçar olmuşdu. Buna
baxmayaraq, aktyor ölənə qədər fəaliyyətini dayandırmadı. O,
səhərlər kimya terapiya qəbul edər, axşamlar isə səhnəyə
çıxardı.
Edit Piaf, 47 yaş
1961-ci ildə 46 yaşlı Edit Piafa sağalmaz qaraciyər xəstəliyi
diaqnozu qoyuldu. Xəstəliyə baxmayaraq, Edit ölənə qədər tamaşası
qarşısına çıxdı. Ölümündən az öncə sonuncu dəfə səhnəyə çıxan Editi
tamaşaçılar ayaqüstə alqışlayıb.
Patrik Ueyn Sueyzi, 57 yaş
Patrik 1991-ci ildə planetin "ən seksual" kişisi adını almışdı.
Məşhur "Ruh" filmindən tanıdığımız hamının sevimlisi olan Patrik
mədəaltı vəzin xərçəngindən əziyyət çəksə də, hamını sağaldığına
inandırmağa çalışırdı. Bununla belə, Patrik 2009-cu ildə 57 yaşında
vəfat etdi.
Luçano Pavarotti, 71 yaş
Məşhur italyan opera ifaçısı Luçano Pavarotti 2007-ci ildə
mədəaltı vəzin xərçəngindən vəfat edib.
Uolt Disney, 65 yaş
Hər bir uşaq Uoltun cizgi filmləri ilə böyüyüb. O, 1966-cı ildə
ağciyər xərçəngindən vəfat etsə də, onun cizgi filmləri hələ də,
yaşayır.
İv Sen-Loran, 71 yaş
Həkimlər məşhur dizaynerə 2007-ci ildə "beyin xərçəngi" diaqnozu
qoydular. O, müalicə almaq üçün Parisə yollansa da, 71 yaşında
vəfat etdi. Qəzetlərin yazdığına görə, Sen-Loren ölümündən 2 gün
öncə Pyer Berjlə həmcins nikaha daxil olub.
Bob Marli, 36 yaş
1977-ci ildə Marlinin ayağının baş barmağında bədxassəli
melanoma aşkar edilib. O, barmağını amputasiya etməkdən imtina
etdi. Çünki bundan sonra bir daha rəqs edə bilməyəcəyindən qorxdu.
1980-cı ildə Bob Marli konsertlərin birində huşunu itirdikdən sonra
Amerika turnesini təxirə saldı: xərçəng inkişaf edirdi. İntensiv
müalicəyə baxmayaraq, Bob Marli 1981-ci ildə vəfat etdi.
Ueyn Mak Laren, 51 yaş
Malboro siqaretinin reklamından olan əfsanəvi kaskadyor, model
siqaret əleyhinə olsa da, həkimlər ona ağciyər xərçəngi diaqnozu
qoyublar. O, xəstəliklə uzun müddət mübarizə aparsa da, sonda
məğlub oldu.
Odri Hepbern, 63 yaş
1992-ci ildə həkimlər Odriyə yoğun bağırsaq xərçəngi diaqnozu
qoyublar. O, şişi götürmək üçün bıçaq altına uzanmağa da qərar
verdi. Bununla belə, əməliyyatdan üç həftə sonra Odrinin səhhəti
yenidən pisləşib. Bu isə o demək idi ki, xərçəng yenidən aktrisanın
bağırsağında peyda olub. O, 1993-cü ildə vəfat etdi.
Hüqo Çaves, 58 yaş
Venesuelanın keçmiş prezidenti Hüqo Çaves 2013-cü ildə
xərçəngdən vəfat edib.