Yuxarı

Nejat İşlər seriallara “yox” dedi: yeni film gəlir

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə "Gümüşlükspor" Futbol Klubunun başqanı, ölkəmizdə də kifayət qədər tamaşaçı kütləsi olan aktyor Nejat İşlər klubunun yay futbol məktəbinin açılış mərasimində jurnalistlərə açıqlama verib.

Axar.az xəbər verir ki, futbolda təhsilin əhəmiyyətindən danışan aktyor məktəbdə idman əxlaqı ilə bağlı dərslərin də keçiriləcəyini qeyd edib.

"Texniki heyət tapdıq və yol xəritəsi çəkdik. Məktəbdə 2008-ci ildə doğulan idmançılar oxuyacaq. İnşallah, onlar da böyüyüb böyük komandalarda oynayacaqlar. Sahə içi təhsildən başqa əxlaq təhsili də verəcəyik. Gənc futbolçuları məşhurlarla görüşdürəcəyik. Məktəbdə idman əxlaqı ilə bağlı dərslər də keçiriləcək. Artıq bura bir akademiya kimi işləyəcək".

Jurnalistlərin film və seriallarla bağlı suallarına cavab verən aktyor belə açıqlama verib:

"Seriallar bitdi, kinoya davam edəcəyəm. Peşəmdən ölənə qədər ayrılmaram. İstanbulda yalnız işə gedirəm, burada yaşayıram. Bu il bir kino layihəsi var. Fərqli film olacaq. Serial təklifləri gəlir, amma mən qəbul etmirəm. Mənə artıq serial yox, film lazımdır. Bu işdə 25 ilim keçib. Normalda bu işdən bu qədər ildən sonra təqaüdə çıxırlar".

Tarix
2015.07.02 / 18:43
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

4 kəndin geri qaytarılması regionda... - Yıldız

Əli Xamenei azərbaycanlı milyarderi əfv etdi

Ermənilər qorxuda: Almatı danışıqlarının arxasındakı ölkə...

Doha Bəyannaməsi qəbul edildi: 4 kəndin qaytarılması, sülh...

Bayramov Qətərin baş naziri ilə görüşdü

253 azərbaycanlı Ermənistana aparılıb - Səmədov

Makron geri çağırdığı səfiri niyə Bakıya qaytardı? - İsti şərh

Almatı Bəyannaməsində sərhəd varmı? - Tam mətn

Türk ordusu bu ölkəyə girir: 300 km en, 40 km dərinlik…

Makronun geri çağırdığı səfir Bakıya qayıtdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla