Yuxarı

“Əbülfəs Qarayevin evi əsl incəsənət nümunəsidi” – Depardye

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Kəmaləddin Heydərovun oğlanları bir qurucudurlar"

FİFA-nın 100 illik yubileyindən bəhs edən filmin çəkilişlərində iştirak etmək üçün Bakıya gələn məşhur fransız aktyoru Jerar Depardye Publika.az-a müsahibə verib. Aktyor müsahibəsində maraqlı fikirlər səsləndirib. O, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayelə görüşündən danışıb: "Mən nazir Əbülfəs Qarayevlə onun dəniz yaxınlığındakı evində görüşdüm. Onun sahildəki evi əsl incəsənət nümunəsidi. Mən həmçinin muzeylərə, bir sıra yeni tikililərə getdim. Azərbaycan barədə çox yaxşı təəssüratlar topladım".

Jerar Depardye Azərbaycana Tale Heydərovun dəvəti ilə gəldiyini deyib: "Bizim ideyanın bu hissəsini Azərbaycanda dəstəklədilər. Cənab Tale Heydərov ssenarinin Azərbaycanla bağlı hissəsinin yazılmasına maliyyə dəstəyi göstərdi. Daha sonra biz Azərbaycana səfər etdik, mən cənab Heydərovun oğlanları ilə yaxından tanış oldum. Başa düşdüm ki, onlar bir qurucudurlar. Tale Heydərov bir çox böyük layihələrin müəllifidi. Məni maraqlandıran məsələlərdən biri də ekoliji enerjidi. Azərbaycan kimi intensiv neft hasil edən ölkə ekoloji məsələlərə diqqət yetirməlidi. Bu baxımdan quruculuq, tikinti işləri ilə məşğul olanda artıq biz daima təbiəti də fikirləşməliyik".

Jerar Depardye Azərbaycan sərhəd keçid məntəqəsi və yol polisləri ilə bağlı iradını da bildirib: "Mən Qazaxıstanda iki ay oldum, sonra Gürcüstana getdik. Biz maşınla Azərbaycana gəldik, Gürcüstan-Azərbaycan sərhədində xeyli gözləməli olduq. Gürcüstan tərəfdə hər şey normal idi. Azərbaycan tərəfindən danışsam, bu, bir roman olar… Bunun şəklini çəkmək lazım idi, maşınların uzun bir növbəsi var idi. Mən ümid edirəm ki, formalaşan yeni hökumətdə bu məsələləri həll edəcəksiniz. Sonra yollar yaxşı idi. Düzdür, arada yol polisi saxlayıb bizi ləngidirdi...".

Jerar Depardye Azərbaycanda keçirilən seçkilərə də münasibət bildirib: "Mən eşitdim ki, bu yaxınlarda sizdə seçki olub. Avropada bəzi adamlar bunu tənqid edrlər. Bu, axmaqlıqdı. Kimsə müxalifətdən durub deyir ki, seçkilər qanun pozuntuları ilə olub, Putin diktatordu və hamı da ona inanır, əl çalır. Vaxtilə Avropa ölkələrinin prezidentləri Qəddafini böyük hörmətlə qarşılayırdılar. Nə oldu? Baxın, indi Misirin halına, kim ora rəhbərlik edir? Tunisə, Liviyaya nəzər salın. Hər şey indi Suriyada başlayıb. Bəs, İraqda silahsız adamları öldürən ABŞ diktator deyil?! ABŞ dünyanın bir çox yerində müharibə aparır, indi də Bəşər Əsəd hədəfdədi. Məgər, bu, demokratiyadı? Bütün bu kimyəvi silahlar hardandı? Səddam Hüseyn kimyəvi silahı kimdən alırdı? Fransa və ABŞ-dan. ABŞ dünyada ən çox silah satan istehsalçı ölkədi. Hər şeyin bu şəkildə təqdimatında medianın günahı çoxdu".

Tarix
2013.10.24 / 13:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ-dan sülhməramlıların Qarabağdan çıxmasına reaksiya

Bakı sülhməramlıların çıxması üçün Moskvaya nələr verib?

Paşinyan sərhəd işlərinə onları da cəlb edir

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla