Yuxarı

Savadsızlar, NK-nın qərarında başa düşülməməli nə var?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün “Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 fevral tarixli Qərarında dəyişiklik edilməsi haqqında yeni qərar açıqlanıb.

Qərarın əsli cılxa rəqəmlər və əski qərara istinadlarla dolu olduğundan, onun rezümesi təqdim edilib və bu da bəzi iqtisadçıların xoşuna gəlməyib.

Adamı da təəccübləndirən odur ki, özlərinə iqtisadçı deyib, sinələrinə döyənlər adidən adi, tər-təmiz azərbaycanca olan mətni azərbaycanlı jurnalistlərə tərcümə etməkdə çətinlik çəkdiklərini, başqa sözlə, savadsız olduqlarını boyunlarına alırlar.

Burda axı nə var? Hətta adi obıvatel də bunu anlayır, ancaq iqtisadçılar anlamır.

Açıqlamaya baxın:

“Qərara əsasən, un istehsalçıları tərəfindən satılan unun hər tonuna görə un istehsalçılarına ödənilməli subsidiyanın məbləği bu Qərara əsasən müəyyən olunan orta aylıq idxal dəyərinə bu Qərarla müəyyən edilən həcmdə un istehsalçısının marjası əlavə edilməklə hesablanmış məbləğlə müəyyən edilən bir ton unun topdansatış qiymətinin yuxarı həddi arasındakı fərq məbləğində müəyyən ediləcək”.

Qərarı bundan aydın, bundan səlis təqdim etmək mümkündürmü?

Yəni, ay savadsızlar, burda nə deyilir: əsas məsələ Qərardır. Ki, bu da bir cümləlik mətndə 3 dəfə iqtisadçılara, istehsalçılara və xalqa xatırladılır. Yadda saxlayın, Qərar!

İkinci əsas məsələ “əsasən”dir, çünki bunsuz heç nə başa düşmək olmaz. “Əsasən”i beyninizə həkk etdinizsə, vəssalam, cümləni anlamaq imkanlarınız qalxır 90 faizə.

Üçüncü, yəni cəmi 10 faiz anlaşılmazlığı isə “un” və “istehsalçı” sözləri tamamlayır. Bu cümlədə də 5 dəfə “un”, 3 dəfə “istehsalçı” sözündən istifadə edilib və onlar ismin bir xeyli halında hallandırılıb.

Marja isə elə marjadır! Bunu da iqtisadçılara mən izah eləsəm, ta nooldu?

İqtisadçı və oxucuların savadsızlığı o səviyyəyə çatdı ki, NK məcbur olub, verdiyi qərarın ayrıca izahını da yaydı. Bu da dünyada analoqu olmayan şeydir.

İzahda deyilir:

“Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 fevral tarixli 37 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” 16.09.2021 tarixli 268 nömrəli Qərarının qəbul edilməsi nəticəsində un istehsalçılarına subsidiya verilməsi sentyabr ayından sonrakı dövrdə də davam edəcək.

Əlavə olaraq, Qərarda ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə təsirlərin azaldılması məqsədilə 2021-ci il sentyabrın 1-dən un istehsalçılarına satılan unun hər tonuna görə ödəniləcək subsidiyanın məbləğinin hesablanması qaydası da müəyyən edilir. Təsdiq edilmiş qaydaya əsasən, un istehsalçıları tərəfindən satılan unun hər tonuna görə, ərzaqlıq buğdanın orta aylıq idxal dəyəri və istehsalçının marjasının cəmi ilə unun topdansatış qiymətinin yuxarı həddi arasındakı fərq həcmində subsidiya veriləcək”.

Tam aydın, dolğun izahdır. Bu izahda un istehsalçılarının hansı məbləğdə, necə subsidiya alacağı tam, əhatəli, aydın şəkildə izah olunub.

Qərarın yayılmasına, o cümlədən bu ətraflı izaha görə NK-nın tərcüməçilərinə təşəkkür edirəm. Tərcümə Mərkəzindən isə xahiş edirəm ki, mütəxəssislərini dilin incəliklərini öyrənmək üçün NK-ya göndərsinlər...

Tarix
2021.09.17 / 15:16
Müəllif
Şeyx Teymur
Şərhlər
Digər xəbərlər

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla