Yuxarı

“Bakının 30 milyon sərbazı” İranı həyəcanlandırdı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanın İranda 30 milyon sərbazı var” ifadəsi İranın təbliğat aparatını əməlli-başlı həyəcanlandırıb.

Sosial şəbəkələrdə, xüsusilə Azərbaycan seqmentində iranlı blogerlər və media nümayəndələri Güneydəki soydaşlarımızdan bunun belə olmadığını “sübut edən” açıqlamalar alır, cidd-cəhdlə əks-təbliğat aparırlar.

Doğrusu, İranda 30 milyon “sərbazımızın” olduğu haqda fikri Avropada yaşayan və Güney Azərbaycandan olan siyasi-ictimai fəallardan bəziləri dilə gətirib. Yəni Azərbaycan vətəndaşları belə bir ifadə səsləndirməyib və ifadənin özündən də görünür ki, bu, bizim özünüifadə tərzimiz deyil.

Bu, məsələnin birinci tərəfidir.

İkinci ən maraqlı tərəfi isə İranın bu ifadədən dəhşətli dərəcədə əl-ayağa düşərək, azərbaycanlıları danışdırması və efirə verdiyi azərbaycanlıların da hamısının “yooo, mən İran sərbazıyam” deməsidir. Hətta bəziləri Azərbaycan haqda “zəifdir-filan” ifadəsi də işlətməyi özlərinə rəva görür.

Əlbəttə, Azərbaycanın İranda 30 milyon “sərbazı”nın olduğunu biz düşünmürük. Əvvəla ona görə ki, bu rəqəm səhvdir: Güneydə bizim 40 milyona yaxın qardaş-bacımız yaşayır. Bura qaşqayları, türkmənləri də böyük məmnuniyyətlə əlavə edib, daha sanballı rəqəm almaq mümkündür.

Yəni İran təbliğat maşını gərək 30 milyon deyil, 45 milyon “sərbazın” təkzibinə girişsin.

Üçüncüsü, 45 milyonun içində əlbəttə ki, beyni yuyulmuşlar, ETTALAAT və ya SEPAH-dan qorxub, kamera qarşısında Azərbaycan əleyhinə danışanlar və yaxud sadəcə manqurtlar ola bilər. Əgər 10 milyonun içində erməniyə müharibə vaxtı casusluq edən 2-3 şərəfsiz tapılırsa, 45 milyonun içində “mollabaş” olmazmı?

Burda zəruri olan başqa nüanslar da var. Güney Azərbaycan türklərinin böyük əksəriyyəti İranı öz dövlətləri sayır və tamamilə haqlıdırlar. İran son 1000 illik dövlətçilik tarixinə görə Azərbaycan türklərinə borcludur. Azərbaycan türkləri bu ərazidə imperiyalar qurub-yaradıb və müxtəlif adlarla dövləti qoruyub saxlayıblar. Hətta İranın indi fəxr etdiyi “Hindistanın şimalına qədər” böyüyən imperiyanın da farslara heç bir aidiyyəti yoxdur. Onu Nadir Şah bacarıb, onun qılıncı ətrafında birləşən türk tayfaları edib.

Bu baxımdan əlbəttə ki, İranda yaşayan azərbaycanlıların bu ölkəni öz dövlətləri sayması normaldır və bir gün İranın ümumiyyətlə türk dövlətinə çevrilməsi ehtimalı həddən artıq çoxdur – nəinki Güney Azərbaycanın ayrılması.

Sadəcə, İranın bu məqamda həyəcanlı şəkildə təkzib alması və soydaşlarımızı danışdırıb, sosial şəbəkələrin Azərbaycan seqmentində yayması olduqca diqqətçəkicidir. Siz nədən tövşüyürsünüz? Niyə bu qədər həyəcanlı şəkildə təkzibləməyə girişmişiniz? Öz qardaşlarımızı bizə qarşı danışdırmaqla nəyi sübut etmək istəyirsiniz?

İranda hətta siz deyən qədər olsa belə, 30 milyon AZƏRBAYCANLI var və o AZƏRBAYCAN TÜRKlərinin dillərinin dövlət dili olduğu, öz adıyla adlanan, milli kimliklərini ifadə edən hələlik bir Ana Vətəni var – o da Azərbaycan Respublikasıdır. Siz 5-10 nəfər azərbaycanlını – hələ biz bilmirik onlar azərbaycanlıdır, yoxsa azərbaycanca təmiz danışmağı bacaran fars və ya farsdandönmə - Azərbaycana qarşı danışdırmaqla bu həqiqəti danmaqmı istəyirsiniz?

Yanlış siyasətdir, necə ki, aylardır İran Azərbaycana qarşı aparır. Bu təbliğatın əks-təbliğata çevrilməsi ehtimalı yüz faizdir və elə bunu da müşahidə edirik: bu açıqlamaları eşidən güneyli soydaşlarımızın əks reaksiyası başlayır; bu manqurt təfəkkürlü təbliğat güneylilərin milli varlığının oyanmasında əhəmiyyətli rol oynayır və bir gün mütləq bunun ağır nəticələrini İran öz üzərində hiss edəcək.

İrandan “siyasi mühacir” kimi ölkəmizə atılan agentlərin xain şəbəkəsi ilə Azərbaycana qarşı mübarizə aparmaq illərdir İrana qarşı nifrətin mayasını təşkil edir. Guya o agentlərin kimliyini Azərbaycanın xüsusi xidmət orqanları bilmirmi? Elə düşünürsünüz ki, o fars tör-töküntülərinə Bakıda yaradılan şərait kəşfiyyatımızın “korluğundan” irəli gəlir?

O yetişdirib içimizə atdığınız tör-töküntülərdən siz necə istifadə edirsinizsə, biz də o cür istifadə edirik – qəti narahat olmayın. Bu həyəcanlı təbliğatınızın da özünüzə qarşı çevriləcəyindən əmin ola bilərsiniz: öz mənasız təbliğat çarxlarınızın altındakı şərhlərə baxsanız, bunları müşahidə edə bilərsiniz.

Zəruri xatırlatma da edək: ən dəhşətli düşmən illərlə ləyaqətini alçaldıb, sizin dediklərinizi etməyə məcbur etdiklərinizdir. İnsanları milli kimliyi və mənəviyyatına qarşı getməyə zorlamaqla, onlarda özünüzə qarşı dəhşətli qisas hissi yaradırsınız. Onların ilk fürsətdəcə sizə qarşı amansız davranacağına şübhəniz olmasın; onları illərlə düşüncə və ürəklərinin əleyhinə getməyə, öz ləyaqətlərini ayaqlarının altına qoyaraq, təbliğatınızda vasitəyə çevirməyə nə qədər çox cəhd edərsinizsə, qisası da o qədər ağır olar.

İlk fürsətdəcə!

O ilk fürsəti bu qədər tezləşdirməyə çalışmayın!

Tarix
2021.10.13 / 21:54
Müəllif
Şeyx Teymur
Şərhlər
Digər xəbərlər

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla