Yuxarı

Ermənistanın törətdiyi cinayətlər Frankfurt sərgisində

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Federativ Respublikasının Frankfurt-Mayn şəhərində “Yenidən əlaqə qur” devizi altında 73-cü beynəlxalq kitab sərgisi keçirilməkdədir.

Ombudsman Aparatından Kult.az-a verilən məlumata görə, oktyabrın 24-ə kimi davam edəcək bu sərgi kitab işi sahəsində çalışan minlərlə mütəxəssisi bir yerə toplamaqla yeni əməkdaşlıqların qurulması və təcrübə mübadiləsinin həyata keçirilməsi baxımından mühüm bir platformadır. Pandemiya səbəbindən sərgiyə qatıla bilməyənlər üçün isə müxtəlif görüşləri, ustad dərslərini və digər tədbirləri onlayn izləmək imkanı yaradılıb.

Dünyanın 80 ölkəsindən 2 min iştirakçının qatıldığı sərgidə Azərbaycan stendində ölkəmiz mədəniyyətimizə və tariximizə dair geniş çeşidli nəşrlərlə təmsil olunur.

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Vətən müharibəsi dövründə həyata keçirdiyi faktaraşdırıcı missiyalarla bağlı, həmçinin daha sonra Ermənistanın hərbi-siyasi rəhbərliyinin törətdiyi insan hüquqları pozuntuları, soydaşlarımıza qarşı nifrət nitqi ilə əlaqədar hazırlanmış hesabatların daxil olduğu və ingilis dilində çap olunmuş 6 adda nəşri həmin beynəlxalq sərgidə nümayiş olunur.

Bu nəşrlərin beynəlxalq sərgilərdə nümayiş etdirilməsi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması və işğalçı Ermənistanın ölkəmizə qarşı törətdiyi sülh və insanlıq əleyhinə cinayətlərin, müharibə cinayətlərinin və digər vandalizm aktlarının ifşa olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Tarix
2021.10.23 / 20:49
Müəllif
Kult.az
Digər xəbərlər

O, məni şərləyəndə Bəylər Əyyubov prezidentə demişdi ki...

Rusiyadakı qadın təşkilatlarına və cəmiyyətlərə müraciət

Türk mediası Rusiyadakı zorakılığı göstərdi - Video

Rusiyada öldürülən qardaşlar: ekspertizanın nəticəsi...

Ərdoğandan Azərbaycana növbəti təşəkkür

Bakıya gələn “Ruptly”nin redaktoru saxlanıldı – Təcili

Bakıda Rusiyanın Mədəniyyət Mərkəzi bağlanıb?

Yekaterinburqdakı qətllə bağlı bəyanat yayıldı

Rusiya "tarixi iddialara" əsaslanır, postsovet ölkələrinə qarşı...

Paşinyan Kallasla görüşdü, sülh prosesindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla