Yuxarı

İtaliyadan xalq yazıçısına məktub: Bu dili çox sevdim

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq yazıçısı Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İtaliyanın Venesiya şəhərində yerləşən Ka Foskari Universitetində araşdırma mövzusu olub.

Kult.az xəbər verir ki, bu haqda Kamal Abdullaya həmin universitetin magistrantı Anna Karraro məktub ünvanlayıb.

Karraro məktubunda bildirib ki, “Yarımçıq əlyazma” romanını elmi rəhbəri Elizabett Raqaqnin vasitəsilə əldə edib və böyük maraqla oxuyub:

“Romanı Elizabett ilə birlikdə Azərbaycan dilində oxumağa başladıq və bu dili çox sevdim. Hətta o qədər çox sevdim ki, magistr işimi bu əsər haqqında yazmaq qərarına gəldim. Dilçilik analizi üçün sizin romanınızı seçdim. Təkcə romanınızdakı əlyazmanın yox, bütövlükdə romanın yarımçıq qalması ideyasını çox bəyəndim. Boğazca Fatmanın etdiklərinə çox güldüm, romanın axırında Şah üçün üzüldüm, kaş Lələ Vəzir daha anlayışlı olaydı! Qorqud necə müdrik adam imiş!Amma axırda Bayandur xanla birgə dəhşətli qərar verirlər. Belə gözəl roman yazdığınız üçün sizə təşəkkür edirəm! Ümid edirəm, bir gün Azərbaycana gəlib sizinlə tanış olacağam”.

Qeyd edək ki, Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İtaliyada iki dəfə - “Sandro Tetti” nəşriyyatı və Mədəniyyət Nazirliyi tərəfindən çap edilib. Daniele Franzoninin tərcümə etdiyi kitabda “Ön söz”ün müəllifi məşhur yazıçı və tarixçi, orta əsrlər mədəniyyətinin bilicisi, Florensiya Universitetinin professoru Franko Kardini, redaktoru isə professor Mikele Bernardinidir.

Tarix
2021.11.02 / 17:17
Müəllif
Kult.az
Digər xəbərlər

Yeni açılan Ağdam Avtovağzal Kompleksindən görüntülər

İranlı nazirə canlı yayımda “donuz” dedilər - Qalmaqal

Prezident bu sözləri deyərkən kövrəldi - Video

Prezidentlə Ağ Şəhərdə xoşbəxtlik selfisi...

İlham Əliyev onları ayaqüstə alqışladı - Video

Mehriban Əliyeva Ağdam səfərindən video paylaşdı

Prezidentin vətəndaşla söhbəti: Mənim də ad günümdür - Video

Yekun qərarı Bakı verəcək - Ərdoğanın müşaviri

Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışında

Prezident kanat yolundan danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla