Yuxarı

Tanınmış rəssamın sərgisi keçirildi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tanınmış rəssamın sərgisi keçirildi

8 dekabr - Beynəlxalq Rəssamlar Günündə Bakı Xətai Sənət Mərkəzində tanınmış rəssam Natiq Camal Afşarın Nizami Gəncəvinin əsərlərinin motivləri əsasında rəsmlərindən ibarət sərgisi keçirilib.

Kult.az xəbər verir ki, sərgi Milli Məclisin Mədəniyyət Komitəsinin, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB, “NƏFƏS” İB, Masallı Təhsil Fondunun dəstəyi ilə baş tutub.

Sərgidə Natiq Camal Afşarın dahi Nizaminin əsərlərinin motivləri əsasında çəkdiyi miniatür əsərlər sərgilənib.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva sərginin açılış mərasimində geniş çıxış edib.

Beynəlxalq Rəssamlar Günü münasibəti ilə müəllifin, sərgidə iştirak edən rəssamların timsalında bütün rəssamları təbrik edən Q.Paşayeva öz çıxışında sərgi və müəllifin yaradıcılığı haqqında bilgilərini bölüşüb, bir sıra məslələrə toxunub.

Tədbirdə millət vəkilləri Razi Nurullayev, Könül Nurullayeva, keçmiş millət vəkili Əsmətxanım Məmmədova, qardaş Türkiyənin Yunus Əmrə İnstitutu Bakı nümayəndəliyinin rəhbəri Səlcuq Karakılıç çıxış edib, ürək sözlərini bölüşüblər.

Qeyd edək ki, sərgidə 20-dən artıq əsər nümayiş olunub. Əsərlərin hamısı tədbirdə iştirak edənlər tərəfindən satın alınıb. Q.Paşayeva bildirib ki, alınan əsərlər qardaş Özbəkistan, qardaş Türkiyədə, eləcə də digər türk ölkə və topluluğunda Nizami Gəncəvi irsinə uzunmüddətli diqqəti, marağı ilə seçilən ünvanlara göndəriləcək, nüfuzlu nizamişünaslara, Azərbaycan dostlarına hədiyyə olunacaq.

Tarix
2021.12.09 / 15:59
Müəllif
Kult.az
Digər xəbərlər

Hindistan elan etdi: Bu raketlər İrəvana çatdırıldı

Sabah başlayır: Paşinyan görüşə niyə getmədi?

İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət etdi

Trampın İran mesajı: yeni lider axtarır

Müharibəyə getmək üçün azərbaycanlılara bu qədər təklif edilir

İranla bağlı vaxt çatdı - Tramp elan etdi

İxtisar zamanı bu şəxslərə toxunulmayacaq

Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?

Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib

4 erməni məhbus buna görə qaytarılıb - Saakyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla