Yuxarı

Azərbaycanın ikinci ən hündür binası

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın ikinci ən hündür binası

Bakıda modern üslubda ucaldılan göydələnlərdən biri 42 mərtəbəli “SOCAR Tover”dir.

Kult.az xəbər verir ki, inzibati binanın layihələndirmə işlərini Cənubi Koreya şirkəti "Heerim Architects & Planners Co. Ltd", tikinti işlərini isə Türkiyənin "Tekfen İnşaat və Təchizat" şirkəti aparıb.

İnzibati binanın təməli 2010-cu ildə Prezident İlham Əliyevin iştirakı ilə qoyulub.

Layihə ilkin olaraq 235,4 milyon dollara qiymətləndirilsə də, tikintiyə 414 milyon dollar vəsait sərf edildiyi bildirilir.

Binada 2200 nəfərin işləməsi üçün bütün şərait qurulub. Binada bir şaxtada iki lift prinsipinə əsaslanan TWİN - əkiz kabinəli liftlər, havalandırma, elektrik lövhələri, avtomatlaşdırılmış mərkəzi yönləndirmə sistemləri qurulub. Qüllə hissəsində yeraltı svayların qazılması üçün drenaj quyuları qazılıb. Rixter şkalasına görə bina 9 bal gücündə zəlzələyə davamlıdır.

Ümumilikdə 5 hektar sahədə yerləşən bina 200 metr hündürlüyündədir. 40 yerüstü, 2 yeraltı mərtəbəsi var. Burada 5 konfrans zalı, fitnes mərkəzi, eyni zamanda 1243 nəfərin istifadə edə biləcəyi bir neçə yeməkxana da fəaliyyət göstərir. Yeraltı mərtəbədə 1045, yerüstü mərtəbədə isə 240 avtomobili qəbul etmək üçün dayanacaqlar var.

Tarix
2022.07.05 / 14:49
Müəllif
Sayalı Abasova
Digər xəbərlər

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla