Yuxarı

Əlisa Nicatla bağlı sevindirici xəbər

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əlisa Nicatla bağlı sevindirici xəbər

Əlisa Nicata birdəfəlik yardım ediləcək. Məbləği bilmirəm.

Kult.az xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu deyib. O qeyd edib ki, Əlisa Nicatın vəziyyəti ilə bağlı qurumun sədri, xalq yazıçısı Anara müraciət edilib, ən qısa zamanda yazıçıya maddi yardım ediləcək.

S.Babullaoğlu Ə.Nicatın prezident təqaüdü almaması ilə bağlı məsələyə də aydınlıq gətirib:

“Ə.Nicatın istəyi və müraciəti əsasında Prezident təqaüdü alması üçün adı siyahıya salınacaq. AYB-nin üzvü olmayan şəxslər bu təqaüdü ala bilmir. Sərəncamda qeyd olunub ki, təqaüd AYB-nin üzvlərinə verilir. Təqaüd sosial yardım deyil, yaradıcı prosesi stimullaşdırmaq üçündür”.

Qeyd edək ki, "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu azərbaycanlı yazıçı, tərcüməçi və tarixçi Əlisa Nicat haqqında paylaşım edib.

Paylaşımda 87 yaşlı Ə.Nicatın sosial təminatının aşağı olduğu, evində gün boyu cəmi 2-3 saat qaz yandıra bildiyi vurğulanıb.

Tarix
2022.12.01 / 13:42
Müəllif
Kult.az
Digər xəbərlər

Bakı və Ankaraya qarşı planın əsas hədəfi - Akyar

Azərbaycan BMT-də mina təhlükəsi məsələsini qaldırdı

Qalibafdan sirli paylaşım: Çıx get! - Foto

TBMM-də çıxış: Əliyevi hədəf alanlar... – Video

Ərdoğanın İlham Əliyevi şəxsən dəvət etməsi... - Deputat

Vaqif Sadıqov etimadnaməsini Gi Parmelinə təqdim etdi

Azərbaycan və Norveç siyasi məsləhətləşmələr apardı

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

Paşinyan fikrini dəyişdi - Sülh sazişi ilə bağlı tarix...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla