Yuxarı

Əli Nur: “Onların hamısını güllələmək lazımdır”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əli Nur: “Onların hamısını güllələmək lazımdır”

Onların hamısını məhkəməyə şikayət etmişəm.

Bu sözləri həkim səhlənkarlığı nəticəsində əmək fəaliyyətinin 10 faizini itirən əməkdar artist Əli Nur məhkəmə prosesi ilə bağlı Axar.az-a danışarkən deyib:

"Mən hazırda xəstəxanadayam. Azərbaycanda nə qədər həkim var, onların hamısını divara söykəyib, güllələmək lazımdır. Onlar tibb sahəsindən heç nə qanmırlar. Mən 1 ilə yaxındır həkimlərin əlində qalmışam. Belə həkim olar? Onlara kim icazə verir ki, insanların taleyi ilə oynasınlar?! Bu həkimlərin 70 faizini qovmaq lazımdır. Gedib daş karxanasında işləsinlər. Baş həkim başda olmaqla, bütün klinikanı məhkəməyə verəcəyəm.

Ümumiyyətlə, belə savadsız həkimləri ya güllələmək, ya da ölkədən qovmaq lazımdır. Məni bu hala salanları məhkəməyə verib, təzminat tələb edəcəyəm. Axı mən səhnə adamıyam. Bu halda – əlim sarğılı şəkildə səhnəyə necə çıxım?! Heç nədən məni şikəst etdilər. Özü də bütün problemlər arxa-arxaya gəldi, elə bil, mənə cadu ediblər".

Xatırladaq ki, bir müddət əvvəl Kliniki Tibbi Mərkəzin həkimi, 1957-ci il təvəllüdlü Əli Əhməd oğlu Səmədovun yanlış müalicəsi nəticəsində əməkdar artist Əli Nurun əmək qabiliyyətinin 10 faizini itirməsi ilə bağlı Cinayət Məcəlləsinin 131-ci (ehtiyatsızlıqdan sağlamlığa az ağır və ya ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Tarix
2015.11.20 / 13:43
Müəllif
Dilarə Zamanova
Digər xəbərlər

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki...

Paşinyan elan etdi: TRİPP-in icrasına başladıq

Paşinyan: Yeni Konstitusiya bizə sülh gətirəcəkmi?

Laçından Mehriyə keçmişdi: 1 noyabrdan Molodeçnodur

Türkiyədə İlham Əliyevin adından yayılan bu fikirlər...

Ermənistanda Nəsimi haqda müəmma: nəyi gizlədirlər?

Nazirlər Milli Məclisə toplanır

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla