Yuxarı

İzzət hiddətləndi: “Məhkəməyə gedirəm”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
İzzət hiddətləndi: “Məhkəməyə gedirəm”

Nəsə yazanda düşünün, sonra yazın.

Bu sözləri müğənni İzzət Bağırzadə təhqir olunması ilə bağlı Axar.az-a danışarkən deyib. Müğənni onu təhqir edənləri məhkəməyə verəcəyini bildirib:

"Məni təhqir edənləri məhkəməyə verəcəyəm. 26 ildir bu sahədə öz mədəniyyətimlə, ifamla, dinimlə, imanımla tanınmışam. Bu sahədə əziyyət çəkmişəm. Dünən izləyicilərdən biri gecə saat 4-də səhifəmdə nalayiq sözlər işlədib. Səhər tezdən durdum baxdım, çox əsəbiləşdim. Ümumiyyətlə, fikir verirəm, insanlarımız daha aqressiv olub. Bu xüsusilə də müğənnilərdə özünü göstərir. Bir şəkil paylaşırsan, müğənninin ayağına, saatına, geyiminə baxırlar ki, nəsə irad tutsunlar. Özü də bilərəkdən gecə vaxtı yazırlar ki, mən həmin an bu adama cavab verə bilməyim. Bu mənim şəxsi səhifəmdəki fikrim olub. Bunu bu dərəcədə mediada şişirtmək lazım deyildi. Siz baxardınız ki, bəzi şəxslər müğənnilər haqda hər gün nə qədər yersiz tənqidlər, söyüşlər yazır. Biz müğənnilər də insanıq, daşdan, betondan deyilik. Əlbəttə, hər insanın zəif nöqtəsi var, indi baxın, bu adam məni necə özümdən çıxarıbsa, belə ifadələr işlətmişəm. Burdan bütün izləyicilərimə səslənirəm ki, nəsə yazanda öncə düşünün, sonra yazın. Məni təhqir edən şəxsi məhkəməyə verəcəyəm. Hər kəs cəzasını çəksin".

Qeyd edək ki, dünən İzzət Bağırzadə rəsmi İnstaqram səhifəsində müğənni Sevda Sanəliyeva ilə fotosunu paylaşıb. Daha sonra sənətçinin izləyiciləri ona təhqir dolu sözlər yazıblar. Müğənnin həmin şəxsə qarşı küçə söyüşləri işlətməsi mətbuatda böyük rezonans doğurub.

Tarix
2015.12.04 / 13:58
Müəllif
Dilarə Zamanova
Digər xəbərlər

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla