Yuxarı

Hacınskinin tikdirdiyi tarixi bina sökülür? - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

15:08

Bakıda tarixi bina sökülür.

Kult.az xəbər verir ki, bu barədə memar Əbdül Hüseynov bildirib.

Onun sözlərinə görə, Salatın Əsgərova və Bülbül prospektilərinin kəsişməsində yerləşən yaşayış binası yerli əhəmiyyətli memarlıq abidəsidir. Bina 1899-cu ildə milyonçu İsa bəy Hacınski tərəfindən ikimərtəbəli yaşayış binası kimi tikilib.

“Evin sakinləri ilə söhbət zamanı məlum olub ki, evdəki mənzillərin bir qismi artıq alınıb və bina sökülməyə hazırlanacaq”, - o qeyd edib.

Ə.Hüseynov deyib ki, son vaxtlar memarlıq abidələrinin dağıdılması üçün bir sıra gedişlərdən istifadə edilir:

"Bura mülkiyyətçilərdən mənzillərin alınması, binanın qəsdən qəzalı vəziyyətə gətirilməsi daxildir. Bundan sonra yeni mülkiyyətçi dövlət strukturlarından binanın qəzalı vəziyyətdə olmasına dair rəy alır. Bu zaman ictimai dinləmələr keçirlimir və peşəkar ictimaiyyətin rəyi nəzərə alınmır. Mənfi rəy verilən bina bundan sonra dövlət tərəfindən mühafizə olunan obyektlər siyahısından çıxarılır. Bina sökülür, torpaq sahəsi tam mülkiyyətçinin ixtiyarında qalır.

Ümid edirik, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti faktı araşdıracaq və memarlıq abidəsinin sökülməsinin qarşısını alacaq”.

***

Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsi 11 ünvanında yerləşən 3146 inventar nömrəli memarlıq abidəsinin söküləcəyi ilə bağlı sosial şəbəkələrdə tirajlanan məlumatlar həqiqəti əks etdirmir.

Bu sözləri Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması və Bərpası Xidmətindən Salatın Əsgərova və Bülbül prospektilərinin kəsişməsində yerləşən yaşayış binası yerli əhəmiyyətli memarlıq abidəsinin sökülməsi ilə bağlı bildirilib.

“Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilib və yayılan məlumatları təsdiq edən heç bir fakta rast gəlinməyib. Eyni zamanda həmin tarixi abidədə yaşayan sakinlər də binanın sökülməsi ilə bağlı onlara hər hansı məlumatın verilmədiyini bildiriblər.

Bir daha qeyd edirik ki, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır.

Abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyini pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət, inzibati, intizam və mülki məsuliyyət daşıyırlar”, - məlumatda qeyd edilib.

Tarix
2023.07.13 / 16:10
Müəllif
Didəm Qədirova
Digər xəbərlər

Bakı müstəmləkə əsarəti altında olanlara dəstək verəcək

Əliyev bunun qarşısını alacaq yeganə liderdir – İsrail mediası

Saakaşvilidən İlham Əliyev haqda heyrətamiz sözlər

Əli Əsədov Gürcüstan prezidenti ilə görüşdü

Bayramov Çinin yeni səfiri ilə görüşdü

Mixail Kavelaşvili Azərbaycana gəldi - Foto

Hakan Fidan Ceyhun Bayramovu bu cür yola saldı - Video

Sahibə Qafarova Hulusi Akarla görüşdü - Foto

Qarabağ Zəfəri qlobal təhlükələrə qarşı... - Akar

“Azərbaycanla müharibə olacaq” deyənlərə üz tuturam...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla