Yuxarı

İranın Şəhriyar siyasəti azərbaycanlıları ayağa qaldırdı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranın Şəhriyar siyasəti azərbaycanlıları ayağa qaldırdı

Məhəmmədhüseyn Şəhriyarın anım gününün “Fars dili və poeziyası günü” kimi qeyd ediləcəyi xəbəri azərbaycanlı mədəniyyət xadimlərinin, eləcə də mədəni fəalların etirazlarına yol açıb.

Kult.az xəbər verir ki, bu barədə sosial mediada yazılar yazılıb, paylaşımlar edilib.

Güneyli mədəniyyət xadimləri Azərbaycan şairi Şəhriyarın ölüm gününün “Fars dili və poeziyası günü” kimi qeyd edilməsinə qarşı çıxıblar.

Onlar bu gün ilə bağlı Şərqi Azərbaycanda, xüsusən dünya azərbaycanlılarının mənəvi paytaxtı sayılan Təbrizdə fars dili və poeziyası günlərinin keçirilməsini azərbaycanlılara qarşı saymazlıq kimi dəyərləndiriblər.

“Bu, Pəhləvi dövründən başlayan və hazırkı hakimiyyətin davam etdirdiyi antiazərbaycan siyasətinin bariz nümunəsidir. Azərbaycan dili və kimliyinə qarşı hörmətsizliyin, azərbaycanlıları təhqirin son həddidir”, - paylaşımlarda qeyd edilib.

Narazı mədəniyyət xadimləri azərbaycanlılara çağırış edərək, bu gün heç bir tədbirə qatılmamağı, fars dilində paylaşım etməməyi və yazılar yazmamağı tövsiyə ediblər.

Onlar hakimiyyətin bu kimi əməllərinin azərbaycanlıları kütləvi etiraz aksiyalarına sövq etməyə xidmət etdiyini diqqətə çatdırıblar:

“2022-ci il sentyabr ayının 17-dən başlayan etiraz aksiyalarının ildönümündə Təbrizdə fars dili və poeziyası günlərinin keçirilməsi özünə hörmət edən hər bir azərbaycanlını başlaması gözlənilən ümumi etiraz aksiyalarına qoşulmağa təhrik edir. Hakimiyyətin bu sayaq hərəkətləri bu günə kimi dinc mədəni mübarizə üsuluna üstünlük verən azərbaycanlıları daha fərqli fəaliyyət metodlarına əl atmağa yönləndirir”.

Mədəni fəallar bu günün ləğv edilməsini tələb edib, bütün azərbaycanlılardan sentyabrın 18-də öz ana dillərində yazılar yazmağı, Şəhriyarın Azərbaycan dilində olan şeirlərini yaymalarını xahiş ediblər.

Qeyd edək ki, 18 sentyabr Məhəmməd Hüseyn Şəhriyarın anım günü münasibətilə Təbrizdə və Şərqi Azərbaycan əyalətinin bir neçə bölgəsində dövlətin himayəsi ilə fars dilinə həsr olunmuş 139 ədəbi-mədəni silsilə tədbirlərin keçiriləcəyi bildirib.

Tarix
2023.09.14 / 14:55
Müəllif
Cavidan Elbars
Digər xəbərlər

Düşmən Ordumuzu dayandırmaq üçün, görün, nə edib - Video

Putin İradə Zeynalovaya rütbə verdi

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Diplomatların Cəbrayıl və Zəngilana 20-ci səfəri... - Video

Bakı və London ilk konsulluq məsləhətləşmələri keçirdi

Yaxın zamanda Zəngəzur dəhlizi açılacaq - Səfir

Azərbaycan və ABŞ strateji tərəfdaşlığı nəzərdən keçirir - Hacıyev

Ermənistan MTX-nin hərbi hissəyə basqını... - Nə baş verir?

İlham Əliyev gərginlik keçirən generallara deyir ki...

Nazirin həyat yoldaşı Azərbaycanla danışıqlara qatılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla