Yuxarı

Xocalı qətliamı: hücumdan öncə rus əsgər niyə öldürüldü?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xocalı qətliamı: hücumdan öncə rus əsgər niyə öldürüldü?

Aleksey Şadrinov 1973-cü ildə Voloqrad əyalətinin Belzoresk şəhərində anadan olub. 13 yaşından şeirləri dərc edilməyə başlayır. Gənc şair kimi perspektivi olan Alekseyi 1991-ci ildə hərbi xidmətə çağırırlar. Bir müddət Rusiyada xidmət etdikdən sonra onu 366-cı alaya təhkim edirlər və onlarla birgə Xankəndiyə gəlir.

Kult.az xəbər verir ki, bu barədə tarixçi alim, dosent Zaur Əliyev qeyd edib.

O bildirib ki, ilk günlərdən ermənilərin vəhşilikləri görən Aleksey evlərinə məktub yazır:

“O, məktubunda qeyd edir: "Mən hərbi xidmətdə hər cür çətinliklərə dözərəm, bütün qara və ağır işləri görə bilərəm. Lakin burdakıların digərlərinə (azərbaycanlılara) qeyri-insani münasibətini görüb dözə bilmirəm".

O, ermənilərin rus zabitləri ilə Azırbaycanın Xocalı şəhərinə böyük hücum planı hazırladığını bilirdi. Şair qəlbli gənc bu döyüşdə iştirak etməyəcəyini və Müdafiə Nazirliyinə müraciət edəcəyini bildirir. Zabitlərin onu bir neçə dəfə döyməsinə baxmayaraq, 19 yaşlı Aleksey Xocalıya hücum və ordudan kənar şəxslərin (ermənilər, ərəblər, kürdlər və b millətlərdən olan muzdlular – red.) hərbi hissədə etdikləri barədə nazirliyə məlumat verəcəyini bildirir.

Onun çavuşu İrsbayev adlı qazax idi. Onu döyüş planları barədə məlumat olmaması üçün mətbəxə 11 günlük növbətçi təyin edir. Buranı təmizləməyi əmr edir və dəfələrlə onu alçaldır. Xəbərdar edir ki, bizə yaxşı pul verəcəklər, evinə qayıdıb yaxşı yaşaya bilər. Lakin Aleksey mövqeyindən dönmür. Nəticədə 23 fevral 1992-ci ildə onu mətbəxdən asılmış vəziyyətdə tapırlar. Erməni həkimlər və rus zabitlərdən 366-cı alaya rəhbərlik edən polkovnik Yuri Yureviç Zaviqarov və Yevgeni Aleksandroviç Nabokix birgə sənəd verirlər ki, guya onun üzərində zorakılıq əlamətləri aşkar edilməyib. Beləcə Xocalı soyqırımı rus gənc əsgərin ölümü ilə başlayır. Alekseyin ailəsi dəfələrlə müraciət edib ölüm səbəbini aşkarlamaq istəsələr də, ozamankı Rusiya Müdafiə Nazirliyi eyni sözü deyir.

Ailəsi ilə Alekseyin əsgər yoldaşlarından aldığı məlumata görə, onu erməni terrorçular asıblar”.

Tarix
2023.09.25 / 21:37
Müəllif
Kult.az
Digər xəbərlər

Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa etdi

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

İran atəşkəsə getməklə taktiki üstünlüyünü itirdi

Paşinyan haqlıdır, onun hakimiyyətə gəlişi... - Politoloq

Bakıda dördüncü görüşün keçirilməsi... - Koçinyan

Yeddi aya yağan yağış iki gündə yağdı - Video

Nifrət nə qədər az olarsa, Bakı ilə sülhə aparan yol... - Aratyan

İrandan Azərbaycana təxliyə olunanların sayı...

Hikmət Hacıyev Ermənistan nümayəndələri ilə görüşdü

Azərbaycan Ermənistana 887 ton dizel göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla