Yuxarı

Faiq Ağayev ittihamlara cavab verdi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Faiq Ağayev ittihamlara cavab verdi

Şəxsən özümə qarşı səslənən iradları əsassız sayıram.

Bu sözləri xalq artisti Faiq Ağayev jurnalistlərin "Səs Azərbaycan" musiqi yarışması haqda ittihamları ilə bağlı Axar.az-a danışarkən deyib. O, müsabiqənin formatındakı bəzi məqamlara aydınlıq gətirib:

"Ustad münsifləri sünilikdə ittiham edirlər. Mən orada 100 yox, 200 faiz özüməm. Ciddi, qərəzsiz, zarafatcıl, səmimiyəm. Fikirlər səslənir ki, guya verilişə rəğbət yoxdur. Əgər verilişə rəğbət yoxdursa, "Səs Azərbaycan"ın sosial şəbəkə səhifələrindəki izləyici rəyləri nədir? Sonra deyiblər ki, münsiflər komandalarından çıxan iştirakçıları digər komandalara göndərmək istəyirlər. Axı bu, normal bir şeydir. Yarışmanın qanununda var ki, yarışmanı tərk edən iştirakçı digər komandaya keçə bilər. Onu da qeyd edim ki, yeganə ustad münsifəm ki, "Döyüş" mərhələsində ələnən komanda üzvlərimdən üçünü xilas edib, digər komandalara transfer etməyə müvəffəq olmuşam. Bir irad da var ki, guya biz komandamızdakı iştirakçıları əvvəldən tanıyırıq. Bu da tamamilə yalandır. Şəxsən mən 14 iştirakçımdan ikisini tanımışam, o da kresloda çevriləndən sonra. Mənim bu tipli ittihamlarla bağlı Feysbuk sosial şəbəkəsində bir statusum da var".

Faiq Ağayevin statusunda sözügedən məsələ ilə bağlı bunları yazıb:

"Uzun zaman susdum. Ümid edirdim ki, "Səs" ("The Voice") yarışmasının əsil, diqqətcil pərəstişkarları əlavə dəqiqləşdirməyə, aydınlıq gətirilməsinə ehtiyac duymurlar. Amma bu mövzunu yanlış şərh edib, əsassız iradları səsləndirən kəslərin cavabı verilməli idi. Ən azından bu səhv, lazımsız söz-söhbətlər aradan götürülsün deyə. Bu yarışmanın hüquqları Hollandiyanın "Talpa" şirkətinə məxsusdur və şirkətin qaçılmaz tələbləri, qaydaları var. "Görmədən dinləmələr" mərhələsində bütün ölkələrdə - Türkiyədə, Rusiyada, o cümlədən yarışmanın ilk dəfə keçirildiyi Azərbaycanda da ingilis dilində olan mahnılar çoxluq təşkil edir. Daha sonra ingilis və yerli dildə olan mahnıların nisbəti dəyişir. Yanvarın 1-dən "Döyüş" mərhələsinə girəcəyik. Onda görəcəksiz ki, Azərbaycan dilində olan mahnıların sayı çoxdur. Digər tərəfdən mahnı seçimində iştirakçılara heç bir təzyiq yoxdur. Hamı görür ki, kim Azərbaycan dilində oxumaq istəyirsə, gəlib oxuyur. İştirakçılar qarşısında heç bir məhdudiyyət qoyulmur. Mən ustad münsifəm, bizim bu məsələlərə təsir göstərmək gücümüz yoxdur. Ümumiyyətlə, bu nə xasiyyətdir, bilmirəm. Konfet alanda rus konfetini seçirik, avtomobil alanda alman avtomobilini sevirik, kolbasa alanda, yenə Rusiyaya müraciət edirik. Bizim özümüzü niyə sevməyi bacarmadığımızı anlamıram. İradı olanlar oturub Gürcüstanda, Ukraynada, Türkiyədə və Azərbaycanda "Görmədən dinləmələr" mərhələsini izləsələr, görəcəklər ki, bu mərhələdə ingilis dilində olan mahnılar çoxluq təşkil edir. Niyə başqalarına olar, özümüzə yox? Bax bu, tamam başqa məsələdir".

Xatırladaq ki, Axar.az-ın keçirdiyi sorğuda mədəniyyət yazarları "Səs Azərbaycan" yarışmasının münsiflərinin süni davrandığını deyiblər və yarışmadakı çatışmazlıqlara etirazlarını bildiriblər.

Tarix
2016.01.13 / 15:54
Müəllif
Dilarə Zamanova
Digər xəbərlər

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

Azərbaycan İƏT Parlament İttifaqına uğurla sədrlik edəcək

Azərbaycan üzərindən internet tranziti risklidir?

Hacıyev Bakıda Makronun müşaviri ilə görüşdü - Foto

Bayramov Polşada mühüm konfransda iştirak etdi

Prezident bu ölkədəki səfirimizi geri çağırdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla