Yuxarı

Acun Bakıda ən böyük sirrini açdı - Qananlar üçün!

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Acun İlıcalı ilə görüşə gedənlərdən biri də mən idim.

Acunu tanımayanlar üçün kiçik bir xatırlatma: Türkiyənin ən tanınmış iş adamlarındandır. Öz TV-si, iki futbol klubu, çoxlu şirkəti var.

24 yaşında ailə qurub-boşanmış, valideynlərini itirmiş və iflas etmiş bir adamın necə milyonçu olmasından danışdı bizə.

Birbaşa olaraq heç bir sirr vermədi. Ya da “filan şeyləri edin, milyonçu olun” da demədi. Başına gələnlərdən, necə cəsarətli olmasından və ən pis anlardan necə məharətlə çıxmasından bəhs etdi.

Olduqca səmimi idi, ya da mənə elə gəlirdi. Zalda ona diqqətlə qulaq asan, ekranda göstərilən hər kadra ürəkdən gülənlərdən biri də mən idim.

Müşahidələrimi bölüşüm:

Tədbirin təşkilatçılığı zəif idi. Acun danışarkən səhnənin önündə qəfil bir qızın peyda olmasını misal çəkmək kifayət edər yəqin ki! Hədiyyə gətiribmiş. Qıza mane olmağa çalışan nəzarətçilərə “bura qədər mane ola bilməmisizsə, icazə verək, səhnəyə də çıxsın” deməsi ilə Acun da təşkilatçılara dolayısı ilə narazılıq etdi. Qızı səhnəyə çıxarıb, çox təmkinlə onunla və yanında gələn qardaşları ilə tək-tək foto çəkdirdi.

Acun çıxışına başlamamışdan “xahiş edirəm, video çəkməyin, danışacağım şeylərin Yutubda yayılmasını istəmirəm, sizə güvənirəm” deməsi ilə necə gözəl bir piarçı olduğunu anladım. (Tədbirin sonunda gördük ki, əslində Yutubda olmayan nəsə göstərməyibmiş).

Tədbir Acunun müxbirlikdən aparıcılığa qədər olan fəaliyyəti üzərində idi. Müxbirlik etdiyi dönəmlərdən, başına gələn gülməli hadisələrdən, onun kameramanı olan 2 dostu ilə aralarındakı maraqlı olaylardan danışdı.

Xarici ölkələrdən birinə futbol matçını çəkməyə gedərkən təyyarəyə gecikməsi onun həm də necə yaradıcı olduğunu üzə çıxarıb. Adam ölkəsinə boş qayıtmasın deyə, yol kənarında qurulan çadırı və içindəki əcnəbini danışdırıb və nəticədə çox maralı bir süjet ortaya çıxıb. Moskvada çəkməyə heç nə tapmadığı bir vaxtda şans üzünə gülüb və bir türk kişi ilə sevgilisi olan rus qadının romanik anlarını, hətta kameralar qarşısında öpüşdüklərini lentə alıb.

Öküz yarışlarını çəkərkən onların arasında möcüzəvi şəkildə sağ çıxan Acunu onunla birlikdə yarışı çəkməyə gedən kameramanlar lentə almağı unutsalar da, əcnəbi jurnalistlərin kamerasına tuş gəlməsi Acunun müxbirlik həyatında çox önəmli hadisələrdən olub.

Bu cür faktlar çox idi. Və mümkün olduqca hamısını detallı anlatdı.

Necə məşhurlaşdığını və necə varlandığını gülməli şəkildə başa saldı.

Dolayısı ilə uğurun əsas formulunun şans olduğunu göstərdi.

Onun çıxışlarından təxmin etdiyim “uğur formulu” budur:

1. Şans, tale

2. İstedad, hər şeyə yaradıcı yanaşma

3. Hər zaman sənə dəstək olan ətraf, dostlar.

4. Mühit – hər bir istedadın parlamasına şərait yaradan cəmiyyət.

Şansı birinci yerdə göstərirdi, ancaq digərləri də “şans”dan geri qalmır. Əliağa Vahid demişkən:

Tutalım əsrimizin Həzrəti İsası mənəm/ Bu soxa-soxda necə möcüzə icad eləyim...

“Möcüzə” üçün şərait mütləqdir.

Belə yəni, Acun

- anlayanlara işarə etdi ki, çalışın, yaradın, bir-birinizə dayaq olun; qısqanclıq və badalaqla özünüzün də, ətrafınızın da evini yıxırsınız, şansınızı da qaçırırsınız.

- anlamayanların isə 40-490 manatını alıb getdi...

Tarix
2023.10.23 / 14:04
Müəllif
Turanə Məmmədli
Şərhlər
Digər xəbərlər

Buna görə müstəqil olmadıq, başqalarından asılı yaşadıq

COP29 Qafqazda sülh prosesinə kömək edə bilər - Qafarov

Yenə bizim olmayanları alaq, bizə hücum edilsin?

4 kəndin Azərbaycana qaytarılması... – Türkiyə səfiri

Sülhün imzalanmasına tezliklə nail olmaq üçün... - Peskov

Sonuncu sülhməramlı Qarabağı nə zaman tərk edəcək?

Aksiyaya qoşulan hərbçilər müraciət yaydı: Bağışlayın!

Erməni hərbçilər aksiyaçılara qoşuldu - Nikola qarşı qiyam?

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla