Yuxarı

Mustafa 72 yaşını qeyd edir - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heç vaxt hədiyyə həvəskarı olmamışam.

Bu sözləri bu gün 72 yaşını qeyd edən xalq artisti Hacı İsmayılov doğum gününü necə keçirəcəyi haqda Axar.az-a danışarkən deyib. O, ad günündə də iş başında olacağını bildirib:

"Düşünürdüm ki, 72 yaşı təmtəraqlı şəkildə qeyd edim, amma işlər imkan vermədi. Bu gün saat 5-ə kimi Teatr Xadimləri İttifaqında olacağam, sonra da Akademik Milli Dram Teatrında "Qürbətdən gələn məktub" tamaşasında oynayacağam.

Ancaq axşam saat 10-dan sonra yəqin ki, ad günümü qeyd etməyə vaxtım olacaq. Heç kimdən xüsusi hədiyyə gözləmirəm. Çünki hədiyyələrə elə də həvəsli deyiləm. Amma doğmalarımdan aldığım təbriklər mənə çox xoşdur".

Qeyd edək ki, xalq artisti Hacı İsmayılov 1944-cü il yanvarın 22-də Bakıda anadan olub. O, "Ad günü", "Həm ziyarət, həm ticarət" (Mustafa), "Bəyin oğurlanması" (Tağı) kimi filmlərdə yaratdığı obrazlarla daha çox məşhurdur.

Tarix
2016.01.22 / 14:16
Müəllif
Dilarə Zamanova
Şərhlər
Digər xəbərlər

Ermənistan 29,7 min kv.km istəyir? Onda bədəl ödəsin!

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

Ceyhun Bayramov Qətərə yola düşdü

Bakı Başkəndi vermədən 4 kəndi necə azad edə bilər?

Prezident Yan Vanmini qəbul etdi

Paşinyan Putinə yardım edir - Avropa mediası

Ermənilərin türklərə qarşı soyqırımı... – Yeni xəritə

Azərbaycan nefti və qazı Avropaya uzun illər lazım olacaq

Sülhməramlılar Laçından Ermənistana keçdi - Video

İranlı nazir Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla