Yuxarı

Coli azərbaycanlı siyasi məhbusa zəng etdi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Coli azərbaycanlı siyasi məhbusa zəng etdi

Evin həbsxanasında saxlanılan hüquq müdafiəçisi və Nobel sülh mükafatçısı Nərgiz Məhəmmədi ilə Hollivud aktrisası, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının keçmiş səfiri Ancelina Coli arasında telefon danışığı olub.

Kult.az xəbər verir ki, bu barədə “Taym” nəşri məlumat yayıb.

Nərgiz Məhəmmədinin Fransada yaşayan həyat yoldaşı vasitəsilə baş tutan telefon danışığı zamanı siyasi məhbus İran hakimiyyətinin yalan və riya üzərində qurulduğu üçün həqiqətləri ört-basdır etməyə çalışdığını deyib. O, rejimin həqiqətləri gizlətməsinin müxaliflərə qarşı olan fiziki təzyiqlərdən daha qorxulu olduğunu söyləyib.

Ancelina Coli İranda qız və qadınlara qarşı təzyiqlər, məcburi hicab qaydalarını pozduğuna görə öldürülən 16 yaşlı Armita Gəravənd barədə Məhəmmədiyə sual verib.

“Hakimiyyət Armita Gravəndi öldürməklə bizə mesaj verdi ki, övladlarımızı öldürə və bizi həqiqətləri, dərdlərimizi dilə gətirməkdən məhrum edə bilər”, - Məhəmmədi cavabında deyib.

Məhəmmədi İranda qadınlar və gənclərin cəmiyyətdə dərin dəyişiklik və keçid dövrü üçün ən radikal, geniş və təsirli qüvvələr olduqlarını xatırladıb.

Tarix
2023.11.23 / 12:09
Müəllif
Cavidan Elbars
Digər xəbərlər

Leyenin Bakı mesajı: Yanaşma dəyişir, AB-nin məqsədi...

Rəsmilərimiz Xameneinin vida mərasimi üçün Tehrandadır

Simonyanın “vurulmasında” Moskva izi...

Ölkəmiz Avropanın etibarlı tərəfdaşına çevrilir

İlham Əliyev Lukaşenkonu təbrik etdi

Etimadın sirri: İlham Əliyevə dəstəyin səbəbləri...

Zelenski hədələdi: Ukraynanın cavabı necə olacaq?

Nazirliyin 600 minini mənimsəyən rəis sərbəst buraxıldı

Leyen Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşdı

Bayramov BMT baş katibinin xüsusi elçisi ilə görüşdü

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla