Yuxarı

Tvinninq layihəsinin ilk iclası keçirildi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Tvinninq layihəsi ilə bağlı nazirlikdə təsis olunmuş "Mədəniyyət Strategiyası və Planlaşdırma üzrə İşçi Qrupun" birinci iclası baş tutub.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, iclasda qrupun rəhbəri, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev çıxış edərək layihənin əhəmiyyəti və potensialı haqqında danışıb.

Nazir, qarşıya qoyulan məqsədlərin mədəniyyət sahəsinin inkişafı üçün çox vacib olduğunu və proseslərin əsasında praktiki nəticələrin əldə edilməsinin əsas məqsəd olduğunu bildirib. Həmçinin o, qrup iştirakçılarına layihənin icrası üçün hər mərhələdə dəstəyin göstərilməsini tapşırıb.

Yekunda layihənin Yerli Müşaviri Alessandro Bianki və Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşı Ramil Abbəkirov təqdimat edərək layihənin təfərrüatları və iş bölgüsü haqqında danışıblar.

İki əsas komponentdən ibarət olacaq layihə iki il davam edəcək və Aİ tərəfindən maliyyələşdirilən büdcəsi 1,2 milyon (bir milyon iki yüz min) avro olacaq.

Xatırladaq ki, "Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə dəstək" adlı Tvinninq layihəsinin icrasına cari ilin 8 fevral tarixində başlanıb.

Tarix
2016.03.01 / 17:49
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla