Yuxarı

“Nizami”də biabırçılıq: rus dilinə görə qovuldular

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Nizami”də biabırçılıq: rus dilinə görə qovuldular

Dünən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında lentə alınan "İçərişəhər" bədii filminin təqdimatı keçirilib.

Axar.az xəbər verir ki, Nizami Kino Mərkəzində baş tutan təqdimat mərasimində filmin rejissoru İlqar Safat, filmin ideya müəllifi və baş rol ifaçısı Təhminə Rafaella, eləcə də yaradıcı heyətin digər üzvləri iştirak ediblər.

Filmin nümayişindən əvvəl yaradıcı heyət bir-bir səhnəyə dəvət edilib. Filmin rejissoru İlqar Safat çıxışına rus dilində başlayıb. Bu vaxt zalda əyləşən tamaşıçalardan biri etiraz edərək rejissora Azərbaycanda olduğunu, azərbaycanlı tamaşaçılar qarşısında çıxış etdiyini xatırladaraq, Azərbaycan dilində danışmasını xahiş edib. Etiraza daha 5 tamaşaçı qoşulub. Doğma dilində danışmasını istəyən tamaşaçılarının etirazına reaksiya verməyən rejissor çıxışını rus dilində bitirib.

Bundan sonra çıxış etməyə başlayan filmin ssenari müəlliflərindən biri və baş rolun ifaçısı Təhminə Rafaella dilimizin müdafiəsinə qalxan tamaşaçıları təhqir edərək mədəniyyətsiz adlandırıb. Filmin sevgi mövzusunda olduğunu, xalqların sevgisi, mədəniyyətlər haqqında olduğunu qeyd edən aktrisa bildirib ki, filmə baxmaq istəməyənlər zalı tərk edə bilər. Bundan sonra bir neçə tamaşaçı zalı tərk edib.

Çıxışlardan sonra film nümayiş olunub.

Psixoloji dram janrında lentə alınan filmin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luca Coassin (İtaliya), quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.

Gənc qızın Qarabağ müharibəsi veteranına olan sevgisindən bəhs edən filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki və Elmira Şabanova canlandırıblar. Ekran əsərinin çəkilişləri Bakı və Zaqatalada aparılıb.

Tarix
2016.03.02 / 11:32
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Karla Kanqaluya məktub ünvanladı

İlham Əliyev Japarovu təbrik etdi

İlham Əliyev Şimali Kipr prezidentinə başsağlığı verdi

Zakir Həsənov Türkiyədə səfərdədir

Moskvaya gedən avtobus qəzaya düşdü: 50 azərbaycanlı...

XİN Türkiyəni təbrik etdi

Tramp iki ölkəni hədələdi - Sərt cavablar gəldi...

Güney azərbaycanlı fəallar məhkəməyə çağırıldı - Səbəb

Azərbaycandakı yəhudi dini icmaları birgə açıqlama yaydı

Avropanın iki paytaxtında Bakıya qarşı hazırlıq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla