Yuxarı

Tanınmış yazar şeirini şərh etdi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış yazıçı, şair Pərviz Cəbrayıl yeni yazdığı şeirini şərh edib.

Axar.az xəbər verir ki, o, "Çexov, Nazlıcan və mən" şeirinə sosial şəbəkədə şərh verib. Pərviz Cəbrayıl oxucuların və bir çox qələm adamlarının şeirin sətiraltı mənalarına olan diqqətini nəzərə alaraq belə bir addım atdığını bildirib:

"Gənc şair və oxucu dostlar inboksa yazıb şeirin yazılma situasiyası və sətiraltı mənaları soruşur. Hər biri görsün deyə bunları yazıram. Bəlkə mətn texnikası ilə bağlı bir xeyri dəyər deyə. Demək, gecə. Ağrılar sel kimi. Yatıb canımı ağrı-acıdan qurtarmaq istəyirəm. Amma hardaydı o xoşbəxtlik. Zebra pərdəmdən gözümə maşınların işığı düşür. Bir yandan da az əvvəl inboksuma bir yaxınım adamı çilədən çıxaran zəhər-zənbərək sözlər yazıb (it hürüşü). Dərhal beyində "Cırtdan" nağılına assosiasiya yaranır. Həm də seçim tərəflərinin hər ikisinə şübhə və ironiya edilərək. Sonra Nazlı Ağayevanın həmin nağıla ironik, absurda varan statusu yada düşür. Fikir oğurlanmır, ona göndərmə edilib, məna qüvvətləndirilir. Sonra, əlbəttə, Çexovun dahiyanə "Yuxum gəlir" (http://www.ilibrary.ru/text/683/p.1/index.html) hekayəsi. Deməli, 3 göndərmə və bir də poetik Mən. Beləcə, bu mətn doğur. Necə ifadə edilib, bu, artıq oxucunun zövqünə, qavramına qalıb..."

Çexov, Nazlıcan və mən

Bir an gəlir,

Nə intihar vurar ağlına,

Nə azadlıq istərsən

qurtuluş üçün.

Nə it hürən tərəfə getmək istərsən,

nə işıq gələn.

Bir an gəlir,

Ağa evində

azyaşlı dayəsi olarsan

gecələr yuxubilməz,

çığırqan körpə Ömrün

kipriklərin dayanmaz

Yerin cazibə qüvvəsinə,

sadəcə, başını torpağa atıb

gözünün acısını, canının ağrısını

tökmək,

Bir çimir yuxu almaq istərsən.

Ancaq

bir tərəfdən it hürər üstünə,

bir yandan

işıq düşər gözünə

ta ki sabaha,

sübh üzünəcən

Və Nazlıcan demiş,

nə müsibət ki, daha

işıq da it hürən tərəfdən gəlir...

Tarix
2016.04.29 / 01:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan Putinə yardım edir - Avropa mediası

Ermənilərin türklərə qarşı soyqırımı... – Yeni xəritə

Azərbaycan nefti və qazı Avropaya uzun illər lazım olacaq

Sülhməramlılar Laçından Ermənistana keçdi - Video

İranlı nazir Azərbaycana gəlir

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

İki deputatımızın rüsvayçı açıqlaması: Nikol sevinir - Video

Prezident Yan Vanmini qəbul etdi

Ermənistan ordusu iyuna qədər... - Araik hansı sirləri açıb?

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla