Yuxarı

Azdramda əlbəyaxa dava: xalq artistini yumruqladılar

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azdramda əlbəyaxa dava: xalq artistini yumruqladılar

Akademik Milli Dram Teatrının (Azdram) səhnə arxasında əlbəyaxa dava baş verib.

Kult.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya sözügedən teatrın aktyorları məlumat verib.

Davaya səbəb kənar teatrların aktyor və rejissorlarının Akademik Milli Dram Teatrına dəvət edilməsinə etiraz olub.

İnsident teatrın Bədii Şurasının iclasında yaşanıb. Xalq artisti Əli Nur çıxışı zamanı başqa teatrdan dəvət olunan aktyor və rejissorlara etiraz edib. Aktyor deyib ki, Azdrama təsadüfi rejissorlar dəvət etmək olmaz və bununla bağlı fikrini təhlil edib. Mübahisə yaranıb və aktyorlardan bir neçəsi Əli Nurun üstünə hücuma keçərək ona yumruq atıblar.

Vəziyyətin dramatik həddə çatacağını görən xalq artisti Sabir Məmmədov hadisəyə biganə qala bilməyib. Sabir Məmmədov və teatrın direktoru İlham Əsgərov dava edənləri iclas otağından çıxardaraq, hadisə yerindən uzaqlaşdırıblar.

Qeyd olunub ki, teatrın Bədii Şurasında belə hadisə 150 ildə ilk dəfə baş verib.

Xalq artisti Əli Nur baş verən hadisə ilə Respublika Prokurorluğuna şikayət edib. Hadisə araşdırılır.

Tarix
2025.04.08 / 11:34
Müəllif
Kult.az
Digər xəbərlər

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın diplomatik riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Türkiyə ilə Azərbaycan arasında nifaq salmağa çalışanlar...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla