Yuxarı

Məni “mən” öldürdü…

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axşam düşürdü. Qaranlıq qara pərdələrini yavaş-yavaş şəhərin üzərinə çəkirdi. Şəhər sakinləri, "Nə durmusan? Qaç canını qurtar! Görmürsən qaranlıq gəlir?!" - deyə yox olurdu.

Bayaqkı səs-küydən əsər-əlamət qalmamışdı. Təkcə küləyin vıyıltısı eşidilirdi. Məni vahimə bürümüşdü. Birdən kimsə arxadan amiranə səslə mənə "Dayan" dedi.

Arxaya baxdım. Bir nəfər mənə yaxınlaşaraq özünü təqdim edib sənədlərimi istədi. Onun adı və soyadı mənimki ilə eyni idi. Sənədlərimi təqdim edib diqqətlə ona baxdım və özümü görüb qorxdum.

O, "mən" idi.

Sənədlərimə diqqətlə baxıb dedi:

- Mənimlə getməlisən!

- Hara?

- Hara lazımdırsa, ora. Düş qabağıma!

Qollarımı qandalladı. Mən mübahisənin əbəs olduğunu görüb "mən"in əmrinə tabe oldum. Biz dar küçələrlə irəliləyib, pilləkənlərlə aşağı düşdük, bir zirzəminin qabağında dayandıq. O, qapını açıb mənə "Keç içəri" dedi. Məni dəmir barmaqlıqlar arasına salıb qapını bağladı.

Qorxu içində idim. "Bura haradır? Məni niyə bura gətiriblər?" –fikirləşirdim ki, birdən zirzəmidə zəif işıq yandı. İçəriyə bir neçə nəfər də daxil olub yerlərində oturdular. Qəribəsi o idi ki, onlar da "mən" idilər. "Mən"lərdən biri ayağa qalxaraq uzun-uzadı danışıb mənim günahlarımı saymağa başladı. Bu qədər günahımın olduğunu heç özüm də bilmirdim. Sonra başqa "mən" məni müdafiə etmək üçün ayağa qalxdı, çox qısa danışıb oturdu.

Bayaqdan "mən"lərə qulaq asan "Mən" məndən soruşdu:

- Deyilənlərlə razısınızmı?

Mən cavab vermək istəyirdim ki, yerdən səslər ucaldı:

- Bəli, bəli, bəli!

Səs gələn tərəfə baxdım, onlar da "mən" idilər. "Mən" məni öldürməyi əmr etdi; "mən" əlindəki xəncəri bir neçə dəfə ürəyimə sancdı. Ürəyimdən qapqara qanlar axmağa başladı və damcılar yerə düşməmiş əcaib varlığa çevrilib yox oldu. Həmin o əcaib varlıqlar da "mən" idilər…

Gözlərimi açanda hava işıqlanırdı. Günəş üfüqdən boylanıb şüaları ilə məni salamlayırdı.

Tarix
2016.06.05 / 23:12
Müəllif
Əbil Həsənov
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla