Yuxarı

Cəbhə xətti: Ali Baş Komandan əmr verdi...

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cəbhə xətti: Ali Baş Komandan əmr verdi...

"Cəbhə xətti" layihəsinin bugünkü qonağı Məzahir Sabir oğlu Orucovdur. M.Orucov 1973-cü ildə Qərbi Azərbaycanın Amasya rayonunun Quzu kəndində anadan olub. 1988-ci ildə ailəsi ilə birgə Mingəçevir rayonunda məskunlaşıb. Orta təhsilini bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılıb. Evlidir, ikinci qrup Qarabağ müharibəsi əlilidir.

Yanımdakı iki nəfər...

1992-ci ildə Ağdamın Şelli kəndinə yollandım. O vaxtlar ordu nizamsız idi, özbaşnalıq baş alıb gedirdi. İlk vaxtlarda çox çətin idi. Bunu ancaq yaşamaq lazımdır, yoxsa danışmaqla kimsə bunu bilməz. Vəziyyət ağır idi, silah yox, yemək yox.

İlk döyüşümüzü xatırlayıram. Dəhşətli atışma oldu. Uğurlu hücum əməliyyatı keçirsək də, itkilərimiz çox oldu. 8 nəfərdən ibarət, qrup halında irəliləyirdik. Düz yanımıza 80 mm-lik mərmi düşdü. Yanımda olan iki nəfər parça-parça oldu. Şəhidlərimiz Tərtər rayonundan idilər. Qalan 5 nəfər isə ağır yaralandı...

***

Bizi "Kamaz"la ən yaxın hospitala apardılar. Əsgərlərin əksəriyyəti çoxlu qan itirdiyindən həlak olmuşdu. Normal təcili yardım maşınlarımız olsaydı, bu qədər şəhidimiz olmazdı. Sonra hospitaldan helekopterlə bizi Bakıya, Semaşko xəstəxanasına gətirdilər. Xəstəxanalar dolu idi. Yer olmadığı üçün dəhlizdə müalicə alırdıq.

Kontuziyalı əsgəri bura kim göndərib?!

Sağaldıqdan sonra döyüşə qayıtmaq istədim. Buraxmadılar. Ancaq kimsəni dinləməyib yenə müharibəyə yollandım. Komandirimiz Ramazanov məni görəndə gözlərinə inanmadı. Azərbaycanca yaxşı bilmirdi, yarı rus, yarı öz dilimizdə dedi ki, kontuziyalı əsgəri bura kim göndərib?! Bunu cəbhə xəttinə buraxmayın, əlinə silah verməyin.

Könüllü gəldiyimi deyəndə komandir yumşaldı və məni artilleriya bölməsinə göndərdi. Bir müddətdən sonra isə döyüşlərdə iştirak etməyə başladım.

Bilmək olmaz, bəlkə öldüm...

Hücumdan öncə Taleh adlı əsgər mənə dedi ki, yuyunuram, bilmək olmaz, bəlkə öldüm. Qoy təmiz ölüm...

Üzümüzü təmizləməyə vaxtımız olmurdu, hamı saqqal buraxırdı. Taleh isə təmiz yuyundu, üzünü qırxdı. Səhər hücuma keçdik. Taleh qəhrəmancasına şəhid oldu...

Düşmən tərəfində döyüşənlərin əksəriyyəti muzdlu idi, Rusiya ordusunun texnikası ilə döyüşürdülər. Biz isə təkcə avtomatla, az texnika ilə mübarizə aparırdıq.

Döyüş vaxtı insan heç nə düşünə bilmir. Döyüşçülərimizdən bəziləri qorxub qaçırdı. Onları qınamıram, müharibədən qorxmaq normaldır...

Bir dəfə Sabirabad rayonundan olan bir əsgərimiz qaçmışdı. Tutulandan sonra məni nəzarətçi qoydular. Ona qarşı yaxşı davranırdım, komandirdən gizlin yemək, su verirdim. Ona başa salırdım ki, qaçmaq qorxaqlıqdır. Sonradan həmin əsgər bizimlə sona qədər döyüşdü.

Zülm çəkməkdənsə, şərəflə ölsünlər!

Bir dəfə komandirimiz Ramazanov binokl ilə düşmən tərəfə baxırdı. Bizim əsirlərə səngər qazdırırdılar. Komandir bunu görüb ağladı. Sonra "Əsirlərimiz belə zülm çəkməkdənsə, şərəflə ölsünlər", - deyib əmr verdi. Qradla həmin ərazini vurduq...

Biz isə ermənilərdən fərqli olaraq, əsrlərlə yaxşı davranırdıq.

Sevdiyim qız evlənmişdi...

Döyüşə gedəndə sevdiyim biri var idi. Ancaq müharibədən qayıdanda məni gözləməyib evlənmişdi. Onu qınamıram, düzgün hərəkət etmişdi.

***

Atəşkəs elan olunduqdan sonra rəhmətlik Heydər Əliyev əmr verdi ki, 1992-ci ildə döyüşə gedənlər tərxis olunsun. Beləliklə, bizi tərxis etdilər. Müharibədən qayıtdıqdan sonra işləyə bilmədim. Ağrılar yenə baş qaldırmışdı, evdə kiçik işlərlə məşğul olurdum.

Hazırda Prezident təqaüdü və əlavə pensiya alıram. Ev və maşın növbəsindəyəm.

Gənclərimizə sözüm odur ki, vətəni qarşılıqsız sevmək, qorumaq lazımdır. Prezidentimizə isə güvənim sonsuzdur. Əmr versə, yenə döyüşə gedərəm.

Tarix
2015.12.20 / 10:00
Müəllif
Nihad Cəbrayıl
Digər xəbərlər

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

Azərbaycan İƏT Parlament İttifaqına uğurla sədrlik edəcək

Azərbaycan üzərindən internet tranziti risklidir?

Hacıyev Bakıda Makronun müşaviri ilə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla