Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
22 İyun 2018


“Ad çəksəm, başımı yeyərlər”: Sponsor, ya ər?

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzi müğənnilərin, şou-biznes əhlinin ailə uğursuzluqları kimsəyə sirr deyil. Maraqlı odur ki, çox vaxt da həmin uğursuzluqlara müğənnilərə sponsorluq edən şəxslərin, iş adamlarının səbəb olması, hətta onları buna təhrik etməsi haqda söz-söhbət gəzir.

Doğrudanmı şou-biznes əhli sponsorunu ailədən üstün tutur?

"Axar.az" olaraq bu sualla tanınmışlar arasında sorğu keçirdik

Xalqın gözü tərəzidir

Yaşar Cəlilova görə on nəfərin ailəsi varsa, on beş nəfərin sponsoru var:

"Fərqlidir, şou-biznesdə hər cür insana rast gəlmək mümkündür. Mən yeddi ildir ki, səhnədəyəm və bir çox halların şahidi olmuşam. On nəfərin ailəsi varsa, on beş nəfərin sponsoru var. Ad çəkmək istəmirəm, özləri bilirlər və xalqın gözü tərəzidir".

Üstünlük pullu kişilərə verilir

"Əslində mən şou biznes barədə suallara cavab verə bilmirəm, çünki o insanlarla demək olar ki, münasibətim yoxdur. Amma kənardan belə təsəvvür yaranır ki, üstünlük daha pullu kişilərə verilir. Yəni ailə dəyərləri-filan bunlar qalıb kitablarda, filmlərdə. Şou biznes adamları da təəssüf ki, nə filmə baxırlar, nə də kitab oxuyurlar", - bu sözləri isə sorğumuzu cavablandırarkən müğənni Qismət Məmmədzadə dedi.

Ad çəksəm, başımı yeyərlər

Tanınmış reper Ramil Nabran ad çəkməyin nə qədər təhlükəli olduğunu belə anlatdı:

"Yerli şou-biznes yox, yerli şouya oxşayan biznesdə daha çox sponsorlara üstünlük verirlər. Amma aralarında az da olsa, ailələrinə sadiq qalanlar da var. Durub ailəsinə sadiq qalanların adını çəksəm, o birilər məndən inciyəcəklər ki, demək, biz sponsoru ailəmizdən üstün tuturuq? Halbuki bəzi sponsorlar artıq ailə kimi olub. Ancaq inciməyin, kiminsə adını çəkə bilmərəm, çünki onlar həmin an başımı yeyə bilərlər".

Hərə özünə cavabdehdir

Müğənni Rəvan Qarayev sponsorun, yoxsa ailənin üstünlüyü məsələsinə birtərəfli baxmağın tərəfdarı deyil: "Baxır kimin üçün. Əgər söhbət məndən gedirsə, əminliklə deyə bilərəm ki, mən ailəmi hər zaman hər bir şeydən üstün tutmuşam. Kimlərin sponsoru ailəsindən üstün tutmasına qalanda, o haqda danışmaq istəmirəm, hərə özünə cavabdehdir. Mən öz yerimə danışa bilərəm".

Tarix
2014.04.05 / 16:23
Müəllif
Nazlı Onur
Şərhlər
Загрузка...
Digər xəbərlər

Qəzaya düşən müğənnidən yeni xəbər - Video

Anar Məmmədxanovun qızının toyundan - Video

Qəzaya düşən müğənni: həkimlər 2 ay vaxt qoyub - Video

“Maşın”ın tarixində ən çox səs faizi yığan o idi - Video

“Maşın”ı tərk edən Cavidan: Hər şey qurma... - Video

1 milyonluq əxlaqsız təklif alan aktrisa: Azərbaycanlılar...

Milyonçumuzdan türk aktrisaya əxlaqsız təklif, yoxsa?.. - Foto

Qəzaya düşən xanım müğənni ağır vəziyyətdə - Video

Müğənnilərin düşdüyü dəhşətli qəzanın - Videosu

Alişan Bakıya gəldi

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla