Yuxarı

İzzət: "Müğənnilik bekara sənətdir, çox peşmanam"

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
İzzət: "Müğənnilik bekara sənətdir, çox peşmanam"

Müğənni İzzət Bağırovun "Axar.az"a müsahibəsi.

- Ailəlisiniz, üç oğlunuz var. Uşaqlara istədiyiniz kimi vaxt ayıra bilirsiniz?

- Bəli, mən vaxtımın çoxunu evdə keçirirəm. Böyük oğlum mənsiz qala bilmir, mənə o qədər bağlıdır ki, çox vaxt gedəcəyim yerə özümlə aparıram. Başım qarışıq olanda ona, "dayan, işim var" deyə bilmirəm, bunu özünə qarşı diqqətsizlik kimi qəbul edir, elə həmin anda inciyir.

- Övladlarınızın müğənni olmasını istəyərdiniz?

- Əsla istəməzdim. Lakin bir də görürsən əllərinə bıçaq-qaşıq götürüb oxuyurlar. Mənim mahnılarımın hamısını əzbərdən bilirlər. Müğənnilik bekara sənətdir, istəmərəm müğənni olsunlar. Mən özüm bu sənəti təsadüfən seçmişəm, indi də peşmanam.

- Bu sənətə belə nifrət bəsləyirsinizsə, niyə oxumaqda bacınız oğlu Tahirə dəstək oldunuz?

- Yox, mən əslində ona bacardığım qədər mane olmağa çalışdım. Çox dedim ki, oxuma, təhsilini al, hara istəsən işə girməyə sənə köməklik edəcəm. Sonra düşündüm ki, bacım elə bilər müğənni olduğum üçün paxıllıq edirəm. Buna görə də məcbur qaldım Tahirə kömək etdim.

- Bir çoxları düşünür ki, şou-biznes pul bulağıdır. Buradan heç kim uzaqlaşa bilmir. Çoxları indiyə qədər səhnədən uzaqlaşdığını deyib, lakin bir müddət sonra geri qayıdıb. Sizin fikrinizcə, bu, nədən irəli gəlir?

- Doğru qeyd etdiniz, gedib-gələn çoxdur. İnanın ki, mən getsəm, gəlməyəcəm. Düzdür, müğənnilik gəlirli peşədir, lakin xalq kimi sevirsə, toyuna da onu dəvət edir.

- Toya daha çox hansı müğənnilər gedir?

- Açığı desəm, elə müğənni var ki, qırx ildir oxuyur, dəbdədir, ancaq ayda bir dəfə toya çağıran yoxdur.

- Sizi necə, çox çağırırlar?

- Min şükür Allahın verdiyinə, özümə görə çoxdur.

- Gizli deyilsə, gəliriniz nə qədər olur?

- Bunu desəm, göz dəyər (gülür).

- Şou-biznesin kişiləri sanki qadınlarla yarışa girib. Qaş-üz aldıran kim, saç boyadan kim... Buna münasibətiniz?

- Düzdür, son zamanlar bu mövzu böyük səs-küyə səbəb olub. Bir çox kanallarda, verilişlərdə müzakirə edilir. Düşünürəm ki, bütün bunlar hərənin öz şəxsi işidir. Mən çirkin olsaydım, bəlkə də edərdim. Burada qeyri-adi nə var ki?

- "Mən də çirkin olsam edərdim" dediniz. Siz necə, lazım gəlsə silikondan istifadə edərdiniz?

- Yox, silikondu-nədi, mən heç vaxt elə üsullardan istifadə etmərəm. Bu mənə yaraşmaz.

- Müsahibələrinizin birində evinizdə olan rəsm əsərlərindən birinin yalnız sizdə olduğunu iddia etmisiniz...

- Bəli, bu həqiqətdir. Həmin rəsm mənə Əfqanıstandan gəlib, çox dəyərlidir. Büsbütün əl əməyidir.

- Özünüzü şou-biznesdə görürsünüz?

- Deməzdim ki, tam şou-biznesdəyəm, amma hardasa hə. Şou-biznesdə olanlar daha çox qalmaqalla yadda qalırlar. Mən belə hallardan uzaq biriyəm.

- İllərdir ki, ardıcıl olaraq ildə iki dəfə konsert proqramı ilə çıxış edirdiniz. Son illər nədənsə durğunluq var, bu, nədən irəli gəlir?

- Düzdür, əvvəl ildə iki dəfə 8 mart və dekabrda solo konsert verirdim. Lakin indi əvvəlki vaxt deyil. İcarə qiyməti həddindən artıq yüksəkdir. Amma 2013-cü ildə üç klipim işıq üzü gördü. Bu il isə mütləq konsert vermək fikrindəyəm və bununla kifayətlənməyəcəm. Film də çəkmək istəyirəm. Filmin ssenarisi də özümə məxsusdur.

- Layihə deyilən kimi yada sponsor düşür. Bu işləri görmək üçün sponsorunuz varmı?

- Xeyr, mənim heç vaxt sponsorum olmayıb. İndiyə qədər bir çox işlər görmüşəm, heç bir işimdə də sponsorum olmayıb.

Tarix
2014.04.10 / 23:50
Müəllif
Nazlı Onur
Digər xəbərlər

Paşinyandan Türkiyə açıqlaması: Yaxın zamanlarda...

Fidan, Bayramov və Boçorişvili İstanbulda görüşəcək

Gəmidə yaralanan azərbaycanlıların vəziyyəti... - XİN

Ümid edirəm ki, Bakıya gedəcəm - Paşinyan

Rusiya üçün kritik gün: Paşinyan qalib gəlsə, bitdi...

Xalq artistinin oğluna yüksək vəzifə verildi

ABŞ ifşa oldu: təyyarə gəmisinə ciddi ziyan dəyib - Foto

Azovda həlak olan azərbaycanlıların son sayı açıqlandı

Nəqliyyat Təlim Mərkəzinə direktor təyin edildi

XİN-dən vurulan gəmidəki vətəndaşlarımız barədə açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla