Yuxarı

Türk müğənni Fərhad Əliyevin oğlu ilə evlənib – FB

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Atiyə keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyevin Londonda təhsil alan oğlu ilə evlənib".

"Axar.az" bildirir ki, Türkiyənin tanınmış müğənnilərindən biri olan Atiyənin ötən həftə azərbaycanlı milyonçu ilə ailə qurduğuna dair məlumat yayılandan sonra sosial şəbəkədə bu xəbər hallandırılıb. Atiyənin azərbaycanlı milyonçunun adını çəkməməsi isə müzakirələrə daha geniş şərait yaradıb. Əsas dəlil kimi isə Atiyənin azərbaycanlı milyonçu ilə toyunun Londonda keçirilməsi və F.Əliyevin oğlunun da Londonda oxuduğu və işlədiyi göstərilir.

Eks-nazirin adının çəkilməsini istəməyən yaxın qohumu "Axar.az"a bildirdi ki, Atiyənin onların gəlini olması ilə bağlı xəbər artıq bir aya yaxındır ki, onlara da məlumdur: "Guya deyirlər ki, Fərhad Əliyevin Londona getməsinin səbəbi də budur. Halbuki bu, tamamilə yalan xəbərdir. Çünki Yusif Əliyev Azərbaycan adət-ənənələrinə sadiq bir uşaqdır. O, heç vaxt belə hərəkətə yol verməz".

Qeyd edək ki, Türkiyənin tanınmış müğənnilərindən biri olan Atiyənin adı açıqlanmayan azərbaycanlı milyonçu ilə Londonda ailə qurduğuna dair məlumat yayılıb.

Tarix
2014.04.19 / 13:38
Müəllif
Şəmsəddin Ensar
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvanla alınmadı: Rusiya Tiflisə girir - Vasadze

Bakı bu obyektlərin qorunmasına ciddi yanaşır - Əmirbəyov

Bakı və İrəvan arasında sülh olacağına inanırıq - ABŞ

Qeytdən çağırış: Bakı ilə iqtisadi inteqrasiyanı sürətləndirin

Ukrayna Bakı-İrəvan razılaşmasını alqışladı

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Mirzoyan: Türkiyə və Azərbaycanla buna hazırıq

Azərbaycan və Polşa siyasi məsləhətləşmələr keçirəcək

Bakı bu bəyannaməyə istinada həvəsli deyil

Almatı görüşü: İrəvan da təsdiqlədi - Smadiyarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla