Yuxarı

Əməliyyat olunan Murad xəstəliyindən danışdı

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əməliyyat olunan Murad xəstəliyindən danışdı

Səhhətimdə problem yaranmışdı, ilkin müayinə zamanı qərar verildi ki, təcili əməliyyat olunmalıdır.

Bunu APA-ya şoumen, “Maşın şou”nun aparıcısı Murad Dadaşov deyib. Onun sözlərinə görə, hazırda səhhəti ilə bağlı hər şey qaydasındadır:

“Məsələ burasındadır ki, iyunun 11-dən 12-ə keçən gecə halım pisləşdi. Sol ayağımda bir müddət idi ki, ağrılar var idi. Fikir vermirdim. Elə bilirdim, ayaqqabı narahatdır. Amma gördüm ki, ayaqqabı məsələsi deyil. Sonuncu dəfə ayın 11-i efirə çıxdım. Həmin gün corabımı belə geyinə bilmədim. Ayağım çox şişmişdi. Səhəri gün həkimlə əlaqə saxladıq. Elə bildik, travmatoloji, sümüklə bağlı problemdir. Sən demə, infeksiya varmış, iltihab olub. Dəhşətli ağrılarım var idi. Şükür Allaha, bir az özümə gəlmişəm. Ümid edirəm ki, gücüm çatacaq və layihəni özüm bitirəcəyəm. Fürsətdən istifadə edib köməyimə gələn həmkarlarıma, dostlarıma təşəkkür edirəm. Bilmirdim ki, insanlara bu qədər maraqlıyam. Allah hamıya can sağlığı versin".

Tarix
2017.06.13 / 14:45
Müəllif
Kult.az
Digər xəbərlər

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

İlham Əliyev Türkiyəyə səfər edəcək

Ərdoğanın sevdiyi mahnı Xankəndidə səsləndirildi - Video

İlham Əliyevlə Ərdoğanın birgə mətbuat konfransı - Video

Ərdoğan Zəfər Günü ilə əlaqədar paylaşım etdi

Prezidentlər Şuşa qalası önündə - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla