Yuxarı

“Məni gözəllik müsabiqəsi maraqlandırır”

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Məni gözəllik müsabiqəsi maraqlandırır”

Bu gün bəstəkar-müğənni Emin Ağalarov media mənsublarını başına yığaraq mətbuat konfransı keçirib.

Publika.az-ın məlumatına görə, jurnalistlərin suallarını cavablandıran sənətçi söhbət əsnasında övladlarından da danışıb. Azərbaycanda övladları ilə vaxt keçirməyə vaxt tapdığını vurğulayıb: "Övladlarımla vaxt keçirməyi sevirəm. Azərbaycana gələndə iki gün vaxtım olur. O vaxt ərzində də övladlarımla istirahət edirəm".

Bundan əlavə olaraq, kliplərində oğlanlarının nə vaxtsa rol alacağı barədə bəhs edən ifaçı bunları bildirib: "Övladlarımı klipimə çəksəm, özüm artıq ikinci plana keçəcəm. Bilirəm ki, onlar sizi daha çox maraqlandırır. Ona görə də ikinci plana düşmək istəmirəm",- deyərək zarafatyana sözlərini deyib.

World Music Awards" tərəfindən Azərbaycanın "ən yaxşı ifaçısı" mükafatına layiq görülən müğənni Emin Ağalarov təəssüratlarını azərbaycanlı jurnalistlərlə bölüşüb:

"Mən öz doğma vətənimdə belə bir nüfuzlu mükafatı alan ilk müğənni olmaqdan və dünyanın hər yerindən gələn, həmçinin mükafatlara layiq görülən dahi artistlərin qatıldığı şounun bir hissəsi olmaqdan çox şadam. Düşünəndə ki, Maykl Cekson, Uitni Hyuston və digər əfsanəvi müğənnilər də bu mükafatı alıblar, bu, məndə qürur hissi yaradır. Mən bu mükafatı, sayəsində müğəni olduğum Müslüm Maqomayevə həsr edirəm".
Jurnalistlərin suallarını cavablandıran EMİN "Eurovison"da iştirak etmək fikrinin və istəyinin olmadığını, onu daha çox gözəllik müsabiqələrinin maraqlandırdığını deyib.

Tarix
2014.06.02 / 18:10
Müəllif
Axar.az
Digər xəbərlər

Putin yalan danışır, Ermənistana təzyiq edir...

Ermənistanın aqibəti Ukrayna kimi ola bilər? - Bəyanat

Kos Bolqarıstan rəsmisi ilə Cənubi Qafqazı müzakirə etdi

Azərbaycanın inkişaf tempi məni heyran edib... - Babiş

Pezeşkian iclas keçirdi: Azərbaycanla bağlı tapşırıq...

Bu halda İcəvanın yarısını itirəcəkdik

Azərbaycana qarşı hər hansı təxribatlar olarsa... - Deputat

Azərbaycandan Ermənistana buğda və gübrə göndərildi

İrakli Kobaxidze İlham Əliyevi təbrik etdi

Prezident Xankəndidə bu müəssisənin açılışını etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla