Yuxarı

Kənan M.M sərbəst buraxıldı? - Yeniləndi

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kənan M.M sərbəst buraxıldı? - Yeniləndi

16:57

Ötən gün saxlanılan məşhur rejissor Kənan M.M sərbəst buraxılıb.

Binəqədi rayon Polis İdarəsi 5-ci polis bölməsində dindirilən məşhur rejissor sonradan sərbəst buraxılıb. Bu barədə xəbəri "Mediapost.az" saytı yayıb. Məlumata görə, müğənni Vüqar Muradov polis bölməsinə gələrək ondan şikayətçi olmadığını bildirib.

Qeyd edək ki, 5-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılan Kənan MM xuliqanlıqda ittiham olunub.

Onun barəsində Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin xuliqanlıq müddəsilə cinayət işi başlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidovun məlumatına görə, Kənan Mahmudov müğənni Vüqar Muradov və onun qardaşını döydüyü üçün saxlanılıb.

Belə ki, Vüqar və Vüsal Muradov qardaşları ərizə ilə müraciət edərək bildiriblər ki, Kənan Mahmudov bir qrup şəxslə onları döyüblər.

Saxlanılan Kənan Mahmudov əməllərini etiraf edib.

Kənan M.M-in dostu, 9 qat dünya çempionu Emil Hacıyev isə Axar.az-a açıqlamasında bildirib ki, onlar məhkəmənin önündədirlər, hələ proses gedir:

"Jurnalistlər hadisələri qabaqlayırlar və doğrusu, bəzi hallarda qeyri-səhih xəbərlərlə istintaqa təzyiq də göstərirlər. Fakt budur ki. Kənan hələ buraxılmayıb, məhkəmə gedir. Ancaq ümid edirik ki, onu azad edəcəklər".

Tarix
2014.07.30 / 17:12
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan

Əliyev-Paşinyan görüşü: ABŞ-a mesaj verildi

Əliyev Lukaşenko ilə görüşdü

Əliyevdən Pezeşkiana: Azərbaycan suyundan iç - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

Əliyev, Ərdoğan, Mirziyayev və Pezeşkian bir araya gəldi - Foto

Britaniyada hər gün 33 nəfər sosial şəbəkə fəalı həbs edilir

İlham Əliyev Tokayevlə görüşdü - Foto

Bakı üçün ŞƏT-in iki strateji önəmi...

Azərbaycanın ŞƏT-də rolu: Təsir mexanizmləri…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla