Yuxarı

“İndeyski Afət”ə nazirdən - Reaksiya

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
“İndeyski Afət”ə nazirdən - Reaksiya

Mən ümumiyyətlə, yaradıcı prosesə daha ciddi və həssaslıqla yanaşmanı tövsiyə edirəm. Xüsusilə böyük ədiblərimizin əsərlərinin müasir tərzdə təqdim olunmasına nə qədər maraqlı olsaq da, ciddi nizamlama və daxili nəzarət olmalıdır. Yaradıcı insan nəyə qadirdirsə, onu ifadə etməyə çalışır.

Kult.az xəbər verir ki, bu sözləri Mədəniyyət naziri Əbülfəs Qarayev müğənni Afət Fərmanqızının Nəsiminin qəzəlini hind mahnısı üzərində ifa etməsinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, insanın daxili dünyagörüşü və intellekti yaratdığı hər hansı əsərlərdə üzə çıxır. Elə əsərlər var ki, uğurlu və uğursuz olur, bəziləri ciddi tənqidlərə məruz qalır, bəziləri də cəmiyyət tərəfindən qəbul olunur. Bu, yaradıcı prosesdir.

“Lakin buradan tövsiyə edirəm ki, Azərbaycanın böyük tarixi və ədəbi mirası var. Bu mirası müasir şəkildə, yeni formalarda təbliğ etməklə nümunə olmalıyıq. Hər bir yaradıcı insan müəyyən bir məsuliyyət daşımalı və bu məsuliyyəti daxilində dərk etməlidir.

Keçən il Nəsiminin anım günündə xalq artisti Firəngiz Əlizadənin dahi şairə həsr olunmuş əsərinin təqdimatı baş tutdu. Bu əsər dünya miqyasında baxıldı, YUNESKO tərəfindən bütün ölkələrin nümayəndələri bu əsərlə tanış oldu və gördü ki, Azərbaycan xalqının mədəniyyəti nə qədər qüdrətli gücə malikdir. Biz belə əsərlərin tərəfdarıyıq. Bu səbəbdən də biz bədii şuraların yaradılmasını təklif edirik ki, heç olmasa nəzarət olsun, hansısa çərçivə müəyyən olunsun.

Azərbaycanda senzura yoxdur. Mən yalnız rəsmi məktub yaza bilərəm ki, bu cür nümunələrin yayılmasına bir qədər mədudiyyət qoyulsun. Çünki sosial şəbəkələr var, mən onlara necə məhdudiyyət qoya bilərəm”, - nazir deyib.

Tarix
2019.03.05 / 15:57
Müəllif
Kult.az
Digər xəbərlər

Hakan Fidan Azərbaycana gəlir

Serbiya prezidentindən İlham Əliyevlə bağlı xoş sözlər

Çevik iş saatı tətbiq edilir – Tıxac aradan qalxacaq?

Niyə “Ermənistan tarixi” tədris olunmurdu?

Prezident Məhəmməd Əbdülsalamı qəbul etdi

TDT ölkələri bu bayramların vaxtını birgə müəyyən edəcək

Bakıda dini liderlərin mühüm iclası başladı

AB-nin xüsusi nümayəndəsi Azərbaycana səfərindən yazdı

Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat

Deputatın şok sərvəti üzə çıxdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla