Yuxarı

Xalq artisti əxlaqsız videodan yazdı: Kimin qeyrəti varsa...

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xalq artisti əxlaqsız videodan yazdı: Kimin qeyrəti varsa...

Mən deyəndə, bəziləri özlərinə sərf edən tərzdə məni qınadılar, linç etdilər. "Nə var burada", "nə oxuyub ki", "niyə qarışırsız", "mənə dəxli var" deyib keçdiyinizin əks-sədasıdır. Gözəl Çin atalar sözü var - Bir mıx bir nalı, bir nal bir atı, bir at bir igidi, bir igidsə bir ordunu məhv edir.

İndi durub günahkar axtarıb, kimisə qurban vermək, artıq gec deyilmi?! Kökünü bəsləyib, üzə çıxan alaqları təmizləməyin nəticəsi olacaqmı?! Özü də biganənəliklə 31 Mart soyqırım müsibətimizi, faciəmizi andığımız bir gündə... Qadın adının məsuliyyəti kişi adının məsuliyətindən daha böyükdür. Bu kimi hallardan istifadə edənlər, gündəmə gətirənlər heç düşündülərmi nə etdilər?!

Kult.az Publika.az-a istinadən xəbər verir ki, bu sözləri xalq artisti Flora Kərimova İnstaqramda 3 qızın çılpaq videosu haqqında fikir bildirərkən deyib. Sənətkar bu barədə geniş rəy yazıb:

“Halları ikrah doğuranları qoyduq bir kənara, qardaşları-bacıları, valideynləri, qohumları, çevrələrində namuslu, qeyrətli kim varsa, hamısını gözükölgəli, başıqapazlı etdilər! Tək dərd budurmu, millət?! Sabah biz, millət olaraq, namusundan söz düşəndə oğullarımızın üzünə şillə kimi bu videonu çırpacaqlar ki, sənin "qadının" budur, sənin "kişin" budur, sənin "qeyrətin-namusun" budur! Di, qalxın bunun altından! İctimai qınaq, utanc PƏRDƏSİ aradan götürülüb artıq. Kim nə istədiyini etməməli idi, ETDİ! Nə düşündüyün dilinə gətirməməli idi, DEDİ! Açıq şəkildə kimsə əxlaqının alverini edəndə, söz sahibləri açıq-aşkar efir etikası pozulanda, bu yarğanlar çat olan vaxtlar deyəndə ki, olmaz, bu bayağılığı yığışdırın, nə qadına, nə kişiyə yaraşır, cəmiyyəti çirkləndirməyin, bir çoxları əməllərinə haqq qazandırıb üstümə yürüdülər və bunu əksəriyyətiniz görməzlikdən gəldiniz (söhbət nüfuz sahiblərindən gedir)! Bu gün biri öz dəyərini əlində qazandığı pulla ölçüb, qaval çalıb oynayanda, sabah ona baxıb başqası lüt soyunub salfetka ilə oynayacaqdı. Və oldu! Bunu görmək çoxmu çətin idi? Təəssüflər olsun ki, artıq ilmələr sökülüb. Baş prokurora, nazirlərə müraciət edilir. Nə günə qaldıq ki, nazir səviyyəsində, baş prokuror səviyyəsində, deputat səviyyəsində elementar ailə tərbiyəsi həll edilir. Hər gün şəhid qanı bunlara görəmi axıdırıq, hər gün analar bunlara görəmi qara geyinir? Bu olmamali idi, bunu yaşamamali idik, bu yerə çatdırmamalıydıq”.

Tarix
2019.04.01 / 23:28
Müəllif
Kult.az
Digər xəbərlər

Bu gün Polad Həşimovun şəhid olmasından 6 il ötür

Bu il Ağdama nə qədər adam köçürüləcək?

DİM-dən bu iddialarla bağlı açıqlama

Slovakiya prezidenti Füzuliyə gəldi - Foto

Baş Qərargah rəisi Muraveyko ilə görüşdü - MN

XİN: Bu federasiya ilə anlaşma memorandumu imzalandı

Prezident IV Şuşa Qlobal Media Forumunun açılışında... - Foto

Cahangir Əsgərovun ailə şirkətinin kapitalı kəskin azaldı

Prezidentdən Mirşahinə: Bunu sizin qədər bilən ikinci şəxs...

Azərbaycan buna çox önəm verir - PA rəsmisi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla