Yuxarı

Xatirə İslam “Axar.az”a danışdı

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xatirə İslam “Axar.az”a danışdı

Müğənni Xatirə İslam son zamanlar KİV-də verdiyi açıqlamalarla başına iş açıb. Xatırladaq ki, müğənni bir müddət əvvəl yeni sevgilisinin adının "E" hərfi ilə başladığını bildirmişdi. Bu isə cəmiyyətdə böyük ajiotaja səbəb olmuşdu. Səbəbi isə müğənninin ailəli ola-ola yeni sevgilisi barəsində danışması idi.

Bu anlaşılmazlıqdan sonra oğlunu da qucağına alıb, ATV telekanalının "Ümid var" verilişinə qonaq gələn müğənni açıqlama verərək, oğlunun adının "E" hərfi ilə başladığını dedi: "Ancaq qara camaat məni səhv başa düşüb". Xatirənin Azərbaycan xalqına "qara camaat" deyə xitab etməsi də qalmaqala səbəb olub. Sosial şəbəkələrdə və KİV-lərdə böyük müzakirələrə səbəb olub və narazılıqla qarşılanıb.

Məsələ ilə bağlı müğənni Xatirə İslamla əlaqə yaratdıq. Moskvada toyda olan müğənni "Axar.az"a açıqlamasında xalqı təhqir etmək fikrində olmadığını bildirdi: "Məni səhv başa düşüblər, işlətdiyim ifadəni hərə istədiyi yerə yozur. Mən robot deyiləm ki, ağzımdan çıxan hər kəlməni təhlil edib, danışım. Orda da özümü çox sərbəst, evdəki kimi hiss edirdim. "Qara camaat" elə mən özüməm. Yəni işlətdiyim ifadədə xalqı təhqir etmək üçün bir niyyətim olmayıb".

Tarix
2013.10.19 / 16:26
Müəllif
İlqar Vəliyev
Digər xəbərlər

Konstitusiyada Bəyannaməyə istinad olmayacaq - Paşinyan

Prezidentlər və xanımları İsmayıl Samani türbəsində

Bakı və İrəvan sülh üçün bunu dayandırmalıdır - Paşinyan

Nümayəndə heyətimiz Buxara Ark qalasında - Video

TRİPP dəmir yolu bu ərazilərdən keçəcək - Paşinyan

İlham Əliyev və xanımı Buxarada səfərdədir - Video

İlham Əliyev Zelenskini təbrik etdi

Qarabağın bərpasında ilk kömək edən ölkə... - Prezident

Prezidentlər mətbuata bəyanatla çıxış etdilər

Əliyevin Özbəkistana səfəri tarixi hadisədir - Mirziyayev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla