Yuxarı

İlhamə: “Nazpəri yerin dibinə girsə də... ” – Video

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlhamə: “Nazpəri yerin dibinə girsə də... ” – Video

Xalq artisti Nazpəri Dostəliyeva həmkarı İlhamə Quliyevaya olan 25 min manat cəriməni hələ də ödəməyib. Bu haqda xalq artisti İlhamə Quliyeva ATV telekanalına açıqlamasında məlumat verib. O, Nazpəri Dostəliyevanın hələ də Ali Məhkəmə tərəfindən verilən yekun qərara əməl etmədiyini bildirib.

Publika.az məlumat verir ki, N.Dostəliyeva cəriməni ödəməsə də, İ.Quliyevanın ünvanına dediyi sözləri geri götürüb.

Özünü şou-biznesin ağası hesab edən İlhamə xanımın fikrincə, Nazpəri ondan ömrünün sonunadək dəfələrlə üzr istəyəcək:

"O hətta Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ərizə yazıb, qol çəkib. Ərizədə qeyd edib ki, o, təhqirləri öz ünvanıma demişəm. Bütün bunlarla yanaşı, məhkəmədə uduzduğu 25 min manatı ödəmir, qaçır. Məhkəməyə müraciət etdi ki, pulu bir neçə hissəyə bölüb ödəsin, razılaşmadım. O məbləğ bütöv şəkildə ödənməlidir. Mənim onun puluna ehtiyacım yoxdur. Amma pulu ödəməsinə israr edirəm ki, başqalarına örnək olsun. Böyük-kiçik yeri bilsinlər. Sənətdəki böyükləri təhqir etmək olmaz. O məbləği ehtiyacı olan kimsəsiz uşaqlara, əlil ailələrinə verəcəyəm. İndi Nazpəri qaçıb gizlənir, tez-tez ünvanını dəyişir. Yerini təyin etmək mümkün olmur. Amma bilsin ki, yerin dibinə girsə də, o, pulu gətirib ödəməlidir".

Xatırladaq ki, xalq artistləri İlhamə Quliyeva ilə Nazpəri Dostəliyeva arasında xeyli vaxt idi ki, məhkəmə çəkişməsi gedirdi.

İlhamə Quliyeva Nazpəri Dostəliyevanı onun şərəf və ləyaqətini təhqir etdiyini əsas gətirərək, məhkəməyə vermişdi.

Məhkəmədə uduzan N.Dostəliyeva dediklərini təkzib edib.

Tarix
2015.03.02 / 16:42
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda forum: 8 ölkədən nümayəndə iştirak edir

İlham Əliyevin Qazaxıstana səfəri başa çatdı

Prezidentin Qazaxıstan səfərindən - Videoçarx

Prezidentdən xoş xəbər: Yaxın aylarda...

Ermənistan Azərbaycan bayrağı ilə təqdim edildi - Foto

Aleksey Kuleba Bakıya gəlir

Liderlər Türküstan Bəyannaməsini imzaladı

Azərbaycana qarşı vuruşan general Almaniyada öldü

Prezident Qazaxıstanda təməlqoyma mərasimində...

İlham Əliyev TDT-nin qeyri-rəsmi Zirvə görüşündə çıxış etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla